PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ “OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN YENİ BURAXILIŞI İŞIQ ÜZÜ GÖRÜB

Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun 2022-ci ili çevrələyən VI buraxılışı işıq üzü görüb. Toplu Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Heydər Əliyev və Azərbaycanın milli-mənəvi intibahı” məqaləsi ilə açılır. Daha sonra Millət vəkili, AMEA-nın həqiqi üzvü Rafael Hüseynovun “Aşıq qanı” (Aşıq Mirzə Bilalın 150 illiyi münasibəti ilə), Xalq şairi Zəlimxan Yaqubun “Borçalı sazının Xan Kamandarı”, Aygün Qasımovanın “Şirvanın saz bülbülü” (aşıq Şakir Hacıyevin 100 illiyi münasibəti ilə), Avtandil Ağbabanın “Ustad aşıq Murad Çobanoğlu”, Orxan İsayevin “Salar baba Xaridari “Oğuznamə”si” və Nərmin Həsənovanın “Xəstə Qasım irsində İmadəddin Nəsimi elementləri” məqalələri yer alıb. Oxucular həmçinin bu sayda “Məhərrəm Qasımlı: Mən o taylı-bu taylı Azərbaycanımızın aşıq sənətini bir bütöv kimi elmi araşdırmaya gətirdim” sərlövhəli geniş müsahibə, Mirzə Bilal və Şakir Hacıyevin şeirləri və Heydər Nəzərovun AAB-nin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlıya məktubu ilə də tanış ola bilərlər.

Toplunun bu sayında 2022-ci ildə saz-söz aləmində baş verən hadisələrlə bağlı xəbər xronikasına da geniş yer ayrılıb – Azərbaycan Aşıqlar Birliyinin 2022-ci ildə həyata keçirdiyi tədbirlər geniş işıqlandırılıb. “Yeni nəşrlər” rubrikasında isə Birliyin ötən il nəşr etdirdiyi “Aşıq divaniləri və müxəmməsləri”, “Aşıq təcnisləri” “Aşıq deyişmələri” kitabları haqqında məlumat verilir.