2022-ci il aprelin 28-də Ağsu rayon Mədəniyyət Sarayında AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı və İsmayıllı Regional Mədəniyyət İdarəsinin Ağsu rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Aşıq Şakirin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
2022-ci il aprelin 18-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayonundakı 37 saylı Uşaq Musiqi məktəbinin saz sinfi şagirdlərinin "Şuşa ili"nə həsr olunmuş "Zəfər" adlı konserti kecirilib.
Yarandığı zamanla bağlı Azərbaycan şifahi xalq ədəbiyyatının maraq doğuran nümunələrindən biri – “Leyli və Məcnun” dastanının tərcümeyi-halında Nizami Gəncəvi yubileylərinin xüsusi yeri var. Dastan ilk dəfə Nizaminin 800-illik yubiley tədbirləri çərçivəsində, 1941-ci ildə “Nizami əsərlərinin el variantları” adlı kitabda nəşr olunub.
Qadın aşıqlar arasında özünəməxsus ifa tərzi ilə seçilən Həqiqət (Həqiqət Xankişi qızı Xəlilova) həm də bədii yaradıcılıqla məşğul olur. “Sazlı-sözlü dünyam” adlı ilk kitabı 2011-ci ildə nəşr olunub. Bu günlərdə isə onun iki yeni kitabı işıq üzü görüb. Hər iki kitabın naşiri şair Musa Ələkbərli, redaktoru professor Minaxanım Nuriyeva-Təkləlidir. “Bir dəstə çiçəyin həsrətindəyəm” adlı kitabda müxtəlif mövzularda yazdığı qoşma, gəraylı, divani və müxəmməsləri yer alıb. Professor Minaxanım Nuriyeva-Təklənin kitaba yazdığı ön söz də vurğulladığı kimi, Həqiqətin özünəməxsus poeziya aləmi var.
Aşıq sənətinin inkişafında müstəsna xidmətləri olan aşıqların zəhmətinin qiymətləndirilməsinə daim böyük önəm verən Azərbaycan Aşıqlar Birliyində daha bir ustad aşığın sənətə xidmətləri layiqli qiymətini alıb.
Sizin çox maraqlı sənətkar taleyiniz vardır. Arxada qoyuğunuz bu 50 ildə özünüzdən əvvəlki ustadlara, sazımıza layiq olan bir ömür yaşamış, kamil ustadlardan dərs alaraq Azərbaycanda adı həmişə hörmətlə çəkilən aşıqlar sırasında dayanmısınız.
Müasir dövrümüzdə Azərbaycan aşıq sənətinin layiqli davamçılarından olan ustad aşıq kimi şərəfli bir ömür yolu keçərək ömrünüzün 30 ildən çoxunu bu sənətə həsr etmisiniz. Kamil bir sənətkar kimi şöhrətiniz Azərbaycanın hüdudlarını çoxdan aşıb. İndi sizi təkcə Azərbaycanda yox, Türkiyədə, Cənubi Azərbaycanda, Gürcüstanda və digər ölkələrdə də yaxşı tanıyır və sevirlər.
Siz həm də elmi-tədqiqatla məşğul olaraq aşıq sənətini, klassik aşıqlarımızın həyat və yaradıcılıqlarını tədqiq edir, filologiya üzrə fəlsəfə doktoru kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bu sənətin sirlərini böyük həvəslə gənclərə öyrədirsiniz. Bu gün sənətə gələn neçə-neçə gənc aşıqlığın sirlərini məhz sizdən öyrənib, sizi özünə ustad sayır.
Siz kamil bir sənətkar kimi hər yerdə el məhəbbəti qazanmısınız, aşıq sənəti qarşısındakı xidmətləriniz daim yüksək qiymətləndirilib. Dəfələrlə fəxri fərman və diplomlarla təltif olunub, müxtəlif mükafatlara layiq görülübsünüz.
Siz sazımızı yaşadan, keçdiyi həyat və yaradıcılıq yolu bu gün sənətə gəlmək istəyən cavanlara örnək olan, gənclik təravətini, səliqə-səhmanını qoruya-qoruya püxtələşib müdrikləşən sənətkarlarımızdansınız.
Sizi – Azərbaycan aşıq sənətinin layiqli nümayəndəsini anadan olmağınızın 50 illik yubileyi münasibəti ilə təbrik edir, sağlam və gümrah olmağınızı, bundan sonra da bir ustad aşıq kimi ozan-aşıq sənətinə yeni-yeni töhfələr verməyinizi arzulayırıq!
Ölkəmizdə aşıq sənətinin inkişafına göstərilən hərtərəfli qayğı və diqqət son illərdə bu sənətə gənclər və yeniyetmələr arasında marağın daha da artmasına səbəb olub. Gənclər və yeniyetmələr arsında paytaxt Bakı ilə yanaşı ayrı-ayrı bölgələrdə də müntəzəm olaraq keçirilən müxtəlif müsabiqə və yarışmalar isə onlarda əlavə stimul yaradır. Mədəniyyət nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə yeniyetmələr arsında keçirilən Dədə Şəmşir adına saz-söz müsabiqəsi artıq ənənəyə çevrilib.