YENİYETMƏ AŞIQLARIN DƏDƏ ŞƏMŞİR ADINA V SAZ-SÖZ MÜSABİQƏSİ KEÇİRİLİB

Ölkəmizdə aşıq sənətinin inkişafına göstərilən hərtərəfli qayğı və diqqət son illərdə bu sənətə gənclər və yeniyetmələr arasında marağın daha da artmasına səbəb olub. Gənclər və yeniyetmələr arsında paytaxt Bakı ilə yanaşı ayrı-ayrı bölgələrdə də müntəzəm olaraq keçirilən müxtəlif müsabiqə və yarışmalar isə onlarda əlavə stimul yaradır. Mədəniyyət nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə yeniyetmələr arsında keçirilən Dədə Şəmşir adına saz-söz müsabiqəsi artıq ənənəyə çevrilib.