Featured

“Növrəs İman” dastan –hekayəti çapa hazırlanır

Göyçə aşıq mühitinin əzəmətli simalarından olan Növrəs İmanın (1901-1953) ömür yolu və səfərlərini, o cümlədən də həyatındakı əfsanəvi hadisələri əks etdirən dastan-hekayəti Aşıqlar Birliyinə Kəlbəcərli Seyid İsrafil ağa (rəhmətə getmişdir,  Allah rəhmət eləsin) və ustad aşıq Hüseyn Qoşqarlı təqdim etmişlər. Maraqlı hadisə və əhvalatlarla,eləcə də deyişmələrlə zəngin olan bu dastan-hekayət Növrəs İmanla bağlı məlum nəşrlərdən xeyli dərəcədə fərqlidir.

Bu səbəbdən də Aşıqlar Birliyi həmin mətni ayrıca kitab kimi (hazırlayanlar Məhərrəm Qasımlı və Altay Məmmədli) nəşr etməyi nəzərdə tutur.

Əlaqəli məqalələr