“Qorqud Ata aşıqlar karvanı” layihəsinin Türkiyədə yekun konserti keçirilib
Avrasya Kültür və Sənət Dərnəyinin təşkilatçılığı, Osmaniyə Gazeteçiler Cəmiyyəti (OGC), Azərbaycan Aşıqlar Birliyi, KKTC Genç TV və Türk Dünyası Qazeteçilər Federasyonu’nun ortaq layihəsi olan “Türk Dünyası Korkut Ata Aşıklar Karvanı” festivalı noyabrın 24-də Türkiyənin Osmaniyə şəhərində keçirilən tədbirlə yekunlaşıb. Osmaniyə Bələdiyyəsinin himayəsi və Türkiyə Cümhuriyyəti Kültür Bakanlığının dəstəyi ilə gerçəkləşən Aşıqlar şöləni Ahmet Şekip Ersoy Kültür Mərkəzində düzənlənib.