Expose Framework for Joomla 2.5 and 3.0+ -

PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • FOTOQALEREYA
  • VİDEO
  • ƏLAQƏ

Kürdəmirdə Aşıq Şakirin 100 illik yubileyn tədbiri keçirilib

Nəşr edilib 17.11.2022

2022-ci il noyabrın 16-da Kürdəmir rayonundakı  Heydər Əliyev Mərkəzində  Azərbaycan Aşıqlar Birliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı və Kürdəmir rayon Mədəniyyət Mərkəzi ilə birgə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Aşıq Şakir Hacıyevin 100 illik yubileyi münasibətilə tədbir keçirib.

Ətraflı...

ALLAH RƏHMƏT ELƏSİN!

Nəşr edilib 14.11.2022

Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Ustad aşıq, Əməkdar mədəniyyət işçisi Əlixan Abbasqulu oğlu Niftəliyev 2022-ci il noyabrın 13-də vəfat edib.

Əlixan Abbasqulu oğlu Niftəliyev 1943-cü ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Doğulduğu kənddə orta məktəbi bitirib və sonra ordu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra həyatını bütünlüklə aşıq sənətinə həsr etmək qərarına gəlib.  Şirin səsi və sənətə böyük marağı onu dövrünün tanınmış ustad sənətkarı Mikayıl Azaflının yanına gətirib. Bu böyük sənətkarın yanında şəyird olaraq aşıq sənətinin incəliklərini mənimsəyib. Zil, şaqraq və məlahətli səsi ilə seçilən Aşıq Əlixan 1968-1990-cı illərdə ustad sənətkar Əkbər Cəfərovla sənət yoldaşı kimi birgə məclislər aparıb.

 Ustad yanında püxtəlişdikdən sonra müstəqil aşıq kimi el şənliklərində, rəsmi dövlət tədbirlərində, respublikamızda keçirilən folklor festivallarında çıxış edib, Azərbaycan mədəniyyətini bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq musiqi festivallarında ləyaqətlə təmsil edərək qızıl medal, fəxri fərmanlar və müxtəlif qiymətli hədiyyələrlə təltif olunub.

2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Özünəməxsus ifa tərzi ilə seçilən Aşıq Əlixan eyni zamanda güclü natiqlik qabiliyyəti və dastanlarımızın mahir bilicisi kimi də aşıqsevərlərin rəğbətini qazanıb. Onun ifa etdiyi bir çox aşıq mahnıları və dastanlar Az.TV-nin “qızıl fondunda” qorunub saxlanılır. Bu sıradan “Novruz və Qəndab” dastanını xüsusilə qeyd etmək lazımdır. İfaları UNESCO səviyyəsində lentə alınaraq qorunur.

Azərbaycan aşıq sənətinin inkişafında, yeniyetmə və gənclərdə bu sənətə meyil və marağın gücləndirilməsində böyük xidmətləri olan Aşıq Əlixan Niftəliyev Azərbaycan aşıqlarının IV, V və VI qurultaylarında iştitrak edib.

Hər zaman bənzərsiz ifası ilə seçilən ustad sənətkar Əlixan Abbasqulu oğlu Niftəliyevin əziz xatirəsi yaxınlarını, doğmalarının və bütün sənətsevərlərin qəlbində daim yaşayacaqdır.

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

USTAD ASŞIQ HÜSEYN QOŞQARLININ XATİRƏSİ ANILIB

Nəşr edilib 02.11.2022

Azərbaycan Aşıqlar Birliyi və Daşkəsən rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2022-ci il noyabr ayının 1-də ustad aşıq Hüseyn Qoşqarlıya həsr olunmuş xatirə gecəsi keçirilib. Daşkəsən rayon Mədəniyyət evində keçirilən tədbiri rayon İH başçısı Əhəd Abıyev açaraq ölkəmizdə mədəniyyətin digər sahələri kimi, aşıq sənətinin inkişafına da son illərdə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb, bu gün Daşkəsəndə çoxsaylı aşıqların fəaliyyət göstərməsini vurğulayıb, ustad aşıq Hüseyn Qoşqarlının xatirə gecəsinə toplaşanları salamlayaraq, ustad aşığn xidmətlərini vurğulayıb və onun hər zaman qəlblərdə yaşayacaq bir sənətkar kimi bundan sonra da daim diqqət mərkəzində olacağını bildirib.

Ətraflı...

GƏNC AŞIQ AAB-yə ÜZV QƏBUL OLUNDU

Nəşr edilib 31.10.2022

Gənclər və yeniyetmələr arasında aşıq sənətinə maraq gündən-günə artmaqdadır. Azərbaycan Aşıqlar Birliyinin qayğısı sayəsində aşıq sənətinin tarixi ənənələrini yaşadan yeni səslər, yeni istedadlar üzə çıxır. Belə gənclərdən biri də İmralı Fikrət oğlu Fikrətlidir. Fikrət ustad oğludur – atası Fikrət Körpülü tanınmış aşıqlardan olub. 

Ətraflı...

“Kitabi-Dədə Qorqud”un Pakistanda urdu dilində nəşrinin təqdimatı keçirilib

Nəşr edilib 27.10.2022

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Kitabi-Dədə Qorqud”un Pakistanda urdu dilində nəşrinin təqdimatı keçirilib. Təqdimatda Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti, professor Yusif Xuşk, Avrasiya Yazarlar Birliyinin başqanı, “Qardaş qələmlər” dərgisinin baş redaktoru Yaqub Öməroğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA-nın müxtəlif institutlarının direktorları və bir çox ziyalılar iştirak ediblər.

Ətraflı...

“AŞIQ DEYİŞMƏLƏRİ” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Nəşr edilib 26.10.2022

Azərbaycan Aşıqlar Birliyində ərsəyə gətirilmiş daha bir kitab işıq üzü görüb. “Aşıq deyişmələri” adlanan bu antologiya Azərbaycan aşıq ədəbiyyatının tarixində ən fəal və işlək bir sənət axarını – aşıq deyişmələrinin xronoloji mənzərəsini ortaya qoyan ilk mükəmməl və sistemli nəşr işidir. Topluda orta çağların Yetim Aydın, Aşıq Qərib, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Abdalgülablı Valeh kimi nəhəng ustadları və onlardan sonrakı dönəmlərdə yaşayıb fəaliyyət göstərmiş Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Molla Cuma, Aşıq Şenlik, Hüseyn Bozalqanlı, Aşıq Şəmşir, Növrəs İman, Mikayıl Azaflı və digər saz-söz ustadlarının yaradıcılıq nümunələri yer alıb.

Ətraflı...

Heydər Əliyev və Azərbaycanın milli-mənəvi intibahı

Nəşr edilib 20.10.2022

Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınır. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başladı. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu Öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.

Ətraflı...
  • Başa
  • Geri
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • İrəli
  • Sona

BÜTÜN XƏBƏRLƏR

  • 17.03.2023 Əziz həmvətənlər! Hörmətli bacı və qardaşlar!
  • 13.03.2023 “AZ İFA OLUNAN AŞIQ HAVALARI”
  • 10.03.2023 AŞIQ YAŞAR MƏHƏRRƏMOV TƏLTİF OLUNUB
  • 24.02.2023 AŞIQ FİKRƏT CƏFƏROĞLU (BORÇALI) TƏLTİF OLUNDU
  • 22.02.2023 Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqənin qalibləri müəyyən olunub
  • 20.02.2023 “SEÇMƏ AŞIQ ŞEİRLƏRİ ANTOLOGİYASI” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB
  • 16.02.2023 ƏLİ URFANIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
  • 11.02.2023 Mehriban Əliyevanın Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım təşəbbüsünün əsasında bəşəri ideallara sadiqlik dayanır
  • 03.02.2023 AŞIQLARIN REPERTUARINDA DASTANLARA MÜHÜM YER VERİLİR
  • 01.02.2023 “SEÇMƏ AŞIQ ŞEİRLƏRİ ANTOLOGİYASI” YAXIN GÜNLƏRDƏ OXUCULARIN İXTİYARINA VERİLƏCƏK
  • 31.01.2023 LƏNKƏRANLI ZİYALI AAB-NİN QONAĞI OLUB
  • 24.01.2023 ALLAH RƏHMƏT ELƏSİN!
  • 10.01.2023 AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ “OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN YENİ BURAXILIŞI İŞIQ ÜZÜ GÖRÜB
  • 06.01.2023 AĞDAMDA AŞIQ VALEHİN 300 İLLİK YUBİLEYİ QEYD OLUNUB
  • 24.12.2022 Möhtərəm cənab Prezident!
  • 24.12.2022 İşıqlı zəka və geniş təfəkkür sahibi
  • 22.12.2022 ALLAHVERDİ QƏMKEŞİN 90 İLLİK YUBİLEYİ QEYD OLUNUB
  • 08.12.2022 AĞSUDA “SƏNƏTKAR ÖMRÜ” ADLI TƏDBİR KEÇİRİLİB
  • 01.12.2022 AŞIQ KAMANDARIN 90 İLLİK YUBİLEYİ QEYD OLUNUB
  • 28.11.2022 AAB-də USTAD BALABANÇI İLƏ GÖRÜŞ
  • 18.11.2022 AAB-nin SƏDRİ, ƏMƏKDAR ELM XADİMİ, PROFESSOR MƏHƏRRƏM QASIMLIYA
  • 17.11.2022 Kürdəmirdə Aşıq Şakirin 100 illik yubileyn tədbiri keçirilib
  • 14.11.2022 ALLAH RƏHMƏT ELƏSİN!
  • 02.11.2022 USTAD ASŞIQ HÜSEYN QOŞQARLININ XATİRƏSİ ANILIB
  • 31.10.2022 GƏNC AŞIQ AAB-yə ÜZV QƏBUL OLUNDU
  • 27.10.2022 “Kitabi-Dədə Qorqud”un Pakistanda urdu dilində nəşrinin təqdimatı keçirilib
  • 26.10.2022 “AŞIQ DEYİŞMƏLƏRİ” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB
  • 20.10.2022 Heydər Əliyev və Azərbaycanın milli-mənəvi intibahı
  • 06.10.2022 USTAD AŞIQ FƏXRİ DİPLOMA LAYİQ GÖRÜLÜB
  • 29.09.2022 “SAZIN ƏDALƏTİ” ADLI DİSK İŞIQ ÜZÜ GÖRÜB

Axtar

ƏN ÇOX OXUNANLAR

Heydər Əliyev və Azərbaycanın milli-mənəvi intibahı

Heydər Əliyev və Azərbaycanın milli-mənəvi intibahı

Aşıq yaradıcılığı

Aşıq yaradıcılığı

 “O mahnıdan sonra “Gedək Təbrizə-Təbrizə”ni hazırlayırdıq ki, Yaqub bəy dünyadan köçdü...”

“O mahnıdan sonra “Gedək Təbrizə-Təbrizə”ni hazırlayırdıq ki, Yaqub bəy dünyadan köçdü...”

Videolar

  •  
    O taylı bu taylı yurdumuzun saz söz məclisi: Aşıq Altay Məmmədli - Bakı Aşıq Vədud Qaradağlı -Təbriz

    O taylı bu taylı yurdumuzun saz söz məclisi: Aşıq Altay Məmmədli - Bakı Aşıq Vədud Qaradağlı -Təbriz

FAYDALI LİNKLƏR

ha

prez

nk

mm

meh

haf

qht

Back to top
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ © 2017-2022 Bütün hüquqlar qorunur | ÜNVAN: Bakı ş. Zahid Xəlilov 38, 497-75-91 | email: [email protected]                Рейтинг@Mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • FOTOQALEREYA
  • VİDEO
  • ƏLAQƏ