“FOLKLOR VƏ ETNOQRAFİYA” JURNALININ YENİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

Redaksiya heyətində Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrinin nüfuzlu alimlərinin təmsil olunduğu “Folklor və etnoqrafiya” jurnalının 2023-cü ildə ilk sayı işıq üzü görüb.
AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV
Redaksiya heyətində Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrinin nüfuzlu alimlərinin təmsil olunduğu “Folklor və etnoqrafiya” jurnalının 2023-cü ildə ilk sayı işıq üzü görüb.
Bu il Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus rolu olan ustad sənətkar Hüseyn Bozalqanlının anadan olmasının 160 illik yubiley ilidir. 1863-cü ildə Tovuzda anadan olmuş və XIX əsrin sonları, XX əsrin birinci yarısında ustad aşıq kimi təkcə Gəncə-Tovuz bölgəsində deyil, Azərbaycanın hər yerində, eləcə də Göyçədə və Borçalıda da məşhur olan Hüseyn Bozalqanlının 160 illik yubileyinin qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyinin ayrıca tədbirlər planı var. Bu sıradan ilk tədbir kimi “Mədəniyyət” televiziya kanalında həftəlik yayımlanan “Saz-söz axşamı” verilişinin bir buraxılışı bütövlükdə ustada həsr olunacaqdır. Müxtəlif bölgələrdən ustad aşıqların dəvət olunduğu həmin verilişdə Hüseyn Bozalqanlının şeirləri ifa olunacaq, dastan və rəvayətlərindən parçalar söyləniləcəkdir.
Eyni zamanda bu böyük sənətkarın 160 illik yubileyi münasibəti ilə Tovuzda, Gəncədə və Bakıda tədbirlər keçirilməsi nəzərdə tutulur.
Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza uzun və sağlıqlı ömür, səadət dolu günlər arzulayırıq.
Təbiətin əbədi nizamına əcdadlarımızın ehtiramını ifadə edən bu müqəddəs bayram bizə ulularımızdan yadigardır. Bu bayram xalqımızın qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü kimi mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Kökü tarixin dərin qatlarına gedib çıxan Novruz ənənələrini xalqımız minilliklər boyu yad təsirlərdən qoruyaraq yaşadıb. Novruz bayramı, Novruz ənənələri eyni zamanda xalqımızın bəşər mədəniyyətinə töhfəsidir.
Bu gün Azərbaycanda hər kəs böyük qürur hissi ilə qeyd edir bu bayramı. Çünki 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsi və bu müharibədə qazanılan şanlı Zəfər Azərbaycana əbədi bahar gətiribdir.
Əziz həmvətənlər! Əziz soydaşlar! Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirik! Qoy bu bayram evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin!
Bayramınız mübarək!
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftənin şənbə günü “Mədəniyyət” kanalında yayımlanan “Saz-söz axşamı” verilişndə yeni layihəyə start verib. “Az ifa olunan aşıq havaları” adlanan layihənin həyata keçirilməsində məqsəd son zamanlar aşıqların az müraciət etdiyi, bu səbəbdən də az qala unudulmaqda olan aşıq havalarına yeni həyat vermək, efir vasitəsi ilə sənətsevərlərə çatdırmaqdır. Bu silsilədən olan ilk verilişdə aşıqlardan Yaşar Məhərrəmov “Dərbəndgülü”, “Təbriz gözəlləməsi”, “Zəncangülü”, “Qədimxanı”, “Gülşəni”, “Abbası”, “Şəmkir sarayı”, “Sumayi”, “Yerişi Koroğlu”, “Şirinqala Koroğlusu” və “Süsənbər gözəlləməsi”, Vüqar Şəmkirli “Mirzə dübeyti”, “Arazbarı”, “Oğuzoğlu” və “Təxmis”, Rza Məmmədov “Yayma”, “Sallama gərayı”, “Qara qafiyə” və “Nəbati gəraylısı”, Qorqud Məhərrəmov isə “Ərzincan Koroğlusu” havalarını ifa edəcəklər.
Aşıq Yaşar Məhərrəmov bu gün fəaliyyət göstərən aşıqlar içərisində özünəməxsus ifa tərzi və zəngin repertuarı ilə seçilən sənətkardır. 200-ə yaxın saz havasını ifa edir ki, bunlar arasında bu gün az qala unudulmaqda olan, tez-tez ifa olunmayan havalar da az deyil. Buna görədir ki, Aşıq Yaşar gənc olmasına baxmayaraq artıq ustad aşıq kimi tanınır. O, həm də öz sənətini gənclərə böyük həvəslə öyrədir. Sənətin sirlərini öyrətdiyi Qorqud Məhərrəmov ondan çox şeylər öyrənib və gələcəkdə onun da ustad aşqı kimi tanınacağına böyük ümidlər var.
Borçalı aşıq mühitinin yetirməsi, hazırda Bakıda yaşayıb fəaliyyət göstərən aşıq Fikrət Cəfəroğlu (Borçalı) həm də aşıq sənətinin tədrisi və təbliği ilə məşğul olur, gənclərdə bu sənətə meyil və marağın artırılması üçün səylərini əsirgəmir. Aşıq Fikrətdən sənət dərsi alan yeniyetmə və gənclərin sorağı bu gün müxtəlif yarışlardan və rəsmi tədbirlərdən gəlir.
Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz-layihə birinci yeri tutub
Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2021-ci il tarixli 3019 nömrəli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş heykəltəraşlıq müsabiqəsinə yekun vurulub.