PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AAB NÜMAYƏNDƏ HEYƏTİ BİŞKEKDƏ TƏDBİRƏ QATILIB

2017-ci il may ayının 3-4-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Beynəlxalq Türk dünyası aşıqlıq gələnəyi” mövzusunda elmi konfrans keçirlib. Qırığızıstan-Türkiyə Manas universitetinin (KTMU) Ədəbiyyat fakültəsi Türkoloji bölümünün təşkilatçılığı təşkilatçılığı və Qırğızıstan respublikasının Mədəniyyət, İnformasiya və Turizm nazirliyi, TİKA (Türk İşbirliyi və Koordinasiya Agentliyi), Qırğızıstan Xalqları Məclisi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirə   Azərbaycan Aşıqlar birliyinin təmsilçiləri də qatılıb.  

KTMU-nun  Kasım Tınıstanov konfrans salonunda keçirilən və Türkiyə və Qırğızıstandan da alimlərin qatıldığı konfransın plenar iclasında Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət İşçisi Musa Nəbioğlu “Azərbaycanda aşıqlıq ənənəsi” mövzusunda məruzə ilə çıxış edib.
Konfransdan sonra Qırğızıstanın Opera və Balet Teatrında Türk dünyası aşıqlarının iştirakı ilə böyük konsert proqramı olub. Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan aşıqların iştirakı ilə keçən konsertdə Azərbayandan aşıq Kəmalə QubadlıŞaiq İncəli çıxış ediblər.


Warning: array_shift() expects parameter 1 to be array, null given in /var/www/emilja01/data/www/azerab.az/libraries/expose/core/layout.php on line 117