PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Azərbaycan aşıqları Aşqabadda keçirilən Beynəlxalq Elmi Konfransdan qayıdıb

Azərbaycan aşıq sənətinin yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da təbliğ olunması üçün dövlət səviyyəsində böyük səylər göstərilir. Son illər aşıqlarımız mütamadi olaraq dünayanın müxtəlif ölkələrində keçirilən folklor festivallarında, saz-söz şölənlərində, beynəlxalq konfrans və elmi simpoziumlarda iştirak edir...

Bildiyimiz kimi təkcə 2016-cı ildə Azərbaycan aşıqları bir neçə ölkədə keçirilən festivala qatılıb. Aşıqlarımız dünən Aşqabaddan qayıdıb. Bildiyimiz kimi noyabr ayının 1-5-də Türkmənistanın paytaxtı Aşqabadda "Koroğlu” eposu və onun dünya mədəniyyətində rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda Azərbaycandan da nümayəndə heyəti iştirak edib. Bu barədə "Bakı-Xəbər”ə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, Türk xalqlarının əksəriyyətinin şifahi ənənəsində mövcud olan və geniş coğrafi arealda yayılan, yayılma miqyasına, həcminə və şöhrətinə görə yeganə epos olan "Koroğlu”ya həsr olunmuş beynəlxalq elmi konfransda respublikamızı Bakı Musiqi Akademiyasının Azərbaycan Xalq musiqi nəzəriyyəsi və tarixi kafedrasının müdiri Tariyel Məmmədov, aşıqlar Altay Məmmədov, Nəbi Nağıyev və balabançı İbadət  Allahverdiyev təmsil ediblər.
Qeyd edək ki, "Koroğlu” eposunun beş yüzdən çox variant və versiyaları sırasında Azərbaycan eposunun özünəməxsus yeri var və mənəvi irsimizin möhtəşəm abidəsi, Azərbaycan poetik söz sənətinin – aşıq yaradıcılığımızın zirvəsi sayılan "Koroğlu” dastanında xalqımızın qəhrəmanlıq, vətənpərvərlik, humanizm və s. xüsisiyyətlər öz bədii ifadəsini tapıb.

Onu da vurğulayaq ki, "Koroğlu” eposunun müxtəlif qolları Azərbaycanın görkəmli aşıqlarının ifasında lentə alınıb. Hesab etmək olar ki, dünyada analoqu olmayan bu ifalar Koroğluşünaslıqla bağlı olan nadir incilərdir.

İradə SARIYEVA
melumat-merkezi.com


Warning: array_shift() expects parameter 1 to be array, null given in /var/www/emilja01/data/www/azerab.az/libraries/expose/core/layout.php on line 117