Türkiyənin Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun əməkdaşı dos. dr. Pınar Fedakar və Ege Universiteti Dövlət Türk Musiqisi Konservatoriyasının əməkdaşı Ali Hikmet Gökçen bu günlərdə Azərbaycan Aşıqlar Birliyində qonaq olublar. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı qonaqları salamlayıb, AAB-nin fəaliyyəti və Azərbaycan aşıq sənətinin bu günü ilə bağlı ətraflı məlumat verib.
Qarşılıqlı fikir mübadiləsi əsasında keçən görüşdə Türkiyədə və Azərbaycanda, eləcə də Borçalıda və Cənubi Azərbaycanda aşıq sənətinin bu günkü durumu ilə bağlı maraqlı fikirlər səsləndirilib. Qonaqlar xüsusilə də Borçalı aşıq mühiti, Borçalı aşıqlarının həyat və yaradıcılıqları, Borçalı aşıq havalarının özəllikləri ilə maraqlanıblar.

