Azərbaycan Aşıqlar Birliyinin nəzdində fəaliyyət göstərən, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə”sazçı folklor qrupu 2021-ci il noyabrın 18-19-da Türkiyənin Konya şəhərində keçirilən Aşıqlar bayramında iştirak edib. Karatay bələdiyyəsinin ev sahibliyi və bələdiyyə başqanı Hasan Kılcanın bilavasitə təşkilatçılığı, ozan-aşıq Ahmed Yıldırımın rəhbərliyi ilə keçirilən və sayca 55-ci olan tədbirdə Türkiyə ilə yanaşı Azərbaycan, Gürcüstan, İran və İraqı təmsil edən 35 ozan-aşıq iştirak edib.
Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı və gənc aşıqlardan Roman Azaflı, Əfsanə Kərimli, Rəqsanə Məmiyeva, Gülbəyaz Dadaşova və Nəzrin Məlikovanın çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb, bayramı təşkil edən Karatay Bələdiyyəsi tərəfindən mükafata layiq görülüblər.