PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

ZƏFƏR BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN!

8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gün – Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!

2020-ci ilin payızında 44 günlük müharibədə bütün dünya Azərbaycan ordusunun hərbi gücünə və qüdrətinə, əsgər və zabitlərimizin qəhrəmanlığına şahid oldu. Bu gün böyük fəxarət hissi ilə qeyd etdiyimiz QƏLƏBƏ Azərbaycan xalqının əzmi və iradəsi, ölkəmizin iqtisadi gücü, müasir ordu quruculuğu, xalq-iqtidar birliyi, müharibənin başladığı ilk günlərdən etibarən xalqımızın bir yumruq kimi ölkə Prezidentinin ətrafında birləşməsi və dövlətimizin başçısı, möhtərəm Prezidentimiz və Ali Baş Komandan İlham Əliyevin illərlə yeritdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. 

Bu möhtəşəm Qələbə günü – Zəfər bayramı münasibəti ilə xalqımızı təbrik edirik! Xalq-iqtidar birliyi bizi daha böyük qələbələrə qovuşduracaq!

BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN XALQI!

BAYRAMIMIZ MÜBARƏK!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

 

LCdriz3TCtrIuIBWPwaJwT9O-0eQ5BKwFX_b-vSLWO7xEZnNnG7skBlHf4a23_1_u2VTf11CZiZLeP62D51_Eye70hjL98M5RfvDVRDtx1gwFGX3hMI5KQD4XG2AFMjmQ1jjWl4dZW84IIzIFwgZ88yiHUVdfJtC_w.jpg

  Orxan Paşa

Qırx dörd günün gerçək nağılı

      Bu il avqust ayının sonlarında Şuşada oldum. “Zəfər yolu” ilə irəliləyərkən müzəffər ordumuzun yenilməz bir qüdrətlə yarıb keçdiyi düşmən istehkamlarına, yağı işğalından qurtulmuş düzənliklərimizə, dağlarımıza, meşələrimizə baxıb qürur keçirir və doluxsunurdum. Sıldırım Şuşa qayalarını aşıb keçən bahadır oğullarımıza dönüb-dönüb afərin deyirdim. İki gün Şuşada qaldım. Buraya qədəm qoyduğum andan sehirli bir aləmə düşmüşdüm. Hər saat, hər an  ötən ilin 44 günlük ulu Vətən savaşını xatırlayırdım.

      Şuşada Azərbaycan əsgərlərinin qanı tökülən daşı-divarı bağrıma basdım, öpdüm qan ləkələrinin izlərini... Gerçək bir nağıl olan o günlər gözümün önündə canlandı və həmin gecə Şuşada bu şeiri gələmə aldım.

                                                                 

 2020-ci ilin ulu Vətən savaşçılarına

 Sentyabrın 26-sından

   27-sinə keçən gecəsi,

       dəmir bir yumruğa

       dönmüşdü aslan pəncəsi.

...Bir az sonra

             başlayacaqdı döyüş –

 bir az  sonra

                lərzə  düşəcəkdi

                arana, dağa;

                qəlbi qubarlı Qarabağa;

 bir  az  sonra

            şəhid qanı,

              qazi qanı

                 qarışıb

          can verəcəkdi torpağa.

44 günlük alov içində

       ürəklənib

          təzədən Vətən olacaqdı

             çayır torpaq,

                yovşan torpaq.

“Oğuz igidlərim hardadı”, – deyib

               illər boyu

                  yurdun  yiyəsini

                  soruşan torpaq.

Bir az sonra

              dirilib

                 yenidən

                   nəfəs alacaqdı

                      ər oğulların,

                        əsgər oğulların

           çəkməsinə qovuşan  torpaq...

...Bu da noyabrın onu,

        diz çökməklə bitdi

                yağının sonu.

Bir az öncə gəldi

          Zəfər soraqlı

            o mübarək gün,

                o hava gün,

                    o işıq gün,

                         o ürək gün!

...Əlvida söylədi otuz illik

                 qara baxtına,

aranıyla, dağıyla

            bütünləşdi Qarabağ.

Şuşa-Kəlbəcər,

      Ağdam-Laçın da

           kökləndi Bakı vaxtına;

Can oldu,

          Azərbaycan  oldu –

            Vətənləşdi  Qarabağ!