PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Aşıq Sənəti Dövlət Muzeyi binasının tikintisi davam etdirilir

Tovuz rayonunda Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin binasının tikintisi davam etdirilir.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tikinti aparılan ərazidə olublar, görülən işlərlə maraqlanıblar.

Məlumat verilib ki, Azərbaycan aşıq sənətinin zəngin irsinin nümayiş olunacağı muzey binası üç mərtəbədən ibarət olacaq və müasir standartlara cavab verəcək. Qeyd edək ki, muzeydə tikinti işlərinə 2013-cü ildə başlanılıb. Müəyyən fasilədən sonra inşaat işləri davam etdirilir. Prezident İlham Əliyev 2019-cu il martın 6-da muzey binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.