PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AAB-də dəyirmi masa: “Gənclik və aşıq sənəti”

Yanvarın 24-də Azərbaycan Aşıqlar Birliyində “Gənclik və aşıq sənəti” mövzusunda dəyirmi masa keçirilib. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tədbiri açaraq aşıq sənətinin bu günkü vəziyyəti, xüsusilə də gənc aşıqların qarşısında duran vəzifələr, ustad-şəyird ənənəsinin indiki vəziyyəti və gənc sənətkarlara göstərilən qayğıdan danışıb, bu sahədə olan problemlərə toxunub. Sonra məruzə ətrafında çıxışlar olub.

Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi, ustad aşıq Mahmud Məmmədov, Əməkdar mədəniyyət işçisi, folklorşünas alim Elxan Məmmədli, Prerzident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi, ustad aşıq Ulduz Quliyeva, Əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı, Samirə Əliyeva, Əhliman Rəhimov və Musa Nəbioğlu, eləcə də, tədqiqatçı alimlər Altay Məmmədli, Mübariz Əliyev və Hafiz Kərimov çıxış edərək gənc aşıqların yaradıcılıq məsələləri ilə bağlı vacib məsələlərə diqqəti yönəldiblər, gənc aşıqlar arasında respublika müsabiqəsinin keçirilməsinin vacibliyini vurğulayıblar. Çıxışlarda eyni zamanda bəzi özəl televiziya kanallarında aşıq sənətinə şou prizmasından yanışlması da tənqid olunub.
Tədbirdə iştirak edən Mədəniyyət nazirliyinin əməkdaşı Elgün Əliyev öz çıxışında Mədəniyyət nazirliyinin bütövlükdə aşıq sənətinə, o cümlədən də gənc aşıqlara daim diqqət göstərdiyini qeyd edib və bu qayğının bundan sonra davam edəcəyini vurğulayıb.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tədbirə yekun vuraraq dəyirmi masanın keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb, bu kimi tədbirlərin bundan sonra da davam edəcəyini deyib.