Gürcüstanının Marneuli rayonunun Sadaxlı kəndində yaşayıb fəaliyyət göstərən ziyalı Səyyad Xəlilov iyulun 17-də Azərbaycan Aşıqlar Birliyində olub. Birliyin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı ilə S.Xəlilovun arasında olan səmimi görüşdə Borçalı aşıq mühitinin dünəni və bu günü ilə bağlı maraqlı söhbət olub, fikir və mülahizələr söylənilib.
Professor M.Qasımlı Borçalı aşıq mühitinin Azərbaycan aşıq sənətinin əsas sütunlarından biri olduğunu vurğulayaraq qeyd edib ki, Azərbaycan Aşıqlar Birliyi Borçalı aşıqlarını daim diqqətdə saxlayır, bu bölgədə aşıq sənətinin bundan sonra da inkişafına hərətərəfli dəstək göstərəcək.
Görüşün sonunda M.Qasımlı qonağa aşıq sənətinə dair qiymətli kitablar hədiyyə edib.