PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“Ulduz Sönməz: Mən belə yaşadım...”

Son illərdə aşıq sənəti ilə bağlı bir sıra sanballı kitablar nəşr etdirmiş Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlunun araya-ərsəyə gətirdiyi daha bir kitab bu günlərdə işıq üzü görüb. Onun nəşrə hazırlayıb, redkatoru olduğu “Ulduz Sönməz: Mən belə yaşadım...” adlı bu kitab çağdaş Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən biri, Prezident təqaüdçüsü, Əməkdar Mədəniyyət İşçisi Ulduz Sönməzə həsr olunub.

Kitabda Prezident təqaüdçüsü, Əməkdar Mədəniyyət İşçisi, Yeni Azərbaycan Partiyasının üzvü, “Ulduz” Birliyinin yaradıcısı və rəhbəri, “Qopuz” jurnalının təsisçisi və baş redaktoru, ustad aşıq, pedaqoq, dəyərli ziyalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü,  Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü Ulduz Sönməzin keçidiyi ömür və sənət yolunun ayrı-ayrı məqamlarını əks etdirən xatirələri, son illərdə yazdığı şeirləri və yazışmaları ilə yanaşı, respublikamızın tanınmış dövlət, elm və sənət xadimlərinin müxtəlif vaxtlarda onunla bağlı söylədikləri qiymətli fikirlər, barəsində yazılmış məqalələr, mətbuata verdiyi müsahibələr, müxtəlif vaxtlarda ona ünvanlanmış məktublar, teleqramlar, təbriklər, dövlət təltifləri haqda məlumatlar  və “Ulduz” Birliyi haqda rəylər yer alıb.  
Kitab Ulduz Sönməzin həyat və yaradıcılığına işıq salmaqla bərabər, çağdaş dövrümüzdə aşıq sənətini, bu sənəti yaşadanları öyrənən tədqiqatçılar və sənətə yeni gələn gənclər üçün də qiymətli vəsaitdir.