Bolnisidə xalq şairi Zəlimxan Yaqubun 75 illiyi qeyd olunub

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Aşıqlar Birliyində həyata keçirilən “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihə uğurla davam etdirilir. Rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı olan layihə çərçivəsində hazırlanan kitab çap olunması üçün artıq nəşriyyata təhvil verilib. Çap prosesinin sentyabrın əvvəllərində yekunlaşması nəzərdə tutulur.
Son illərdə aşıq sənəti və ustad aşıqlarımızla bağlı bir sıra dəyərli kitablar nəşr etdirən Azərbaycan Aşıqlar Birliyində daha bir kitab üzərində iş uğurla davam etdirilir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində hazırlanan bu kitab “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlanır.
Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun 2025-ci ildə ilk buraxılışı işıq üzü görüb. Oxucular toplunun bu sayında Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Ay işığının şairi” (şair Məstan Günərə həsr olunub), Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Ömrü, həyatı nağıl, dastan, ünvanı saz olan şair”
Sumqayıt Muğam Mərkəzində 22- İyun 2025-ci il tarixdə Azərbaycan Aşıqlar Birliyinin Sumqayıt Regional Bölməsində aşıqların konserti keçirilmişdir. Aşıqlar Birliyinin üzvü Aygün Hacıyevanın aparıcılığı ilə baş tutan tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xdimi, professor Məhərrəm Qasımlı ,sədir müavini filologiya üzrə fəlsəfə doktoru,dosent Altay Məmmədli, şöbə müdüri Şahniyar Əliyev iştirak etmişlər.
İyunun 19-da Mədəniyyət Nazirliyində çağdaş aşıq sənətinin tanınmış nümayəndəsi, Əməkdar mədəniyyət işçisi, Prezidentin fərdi təqaüdçüsü Ulduz Quliyeva (Aşıq Ulduz Sönməz) ilə görüş olub.
Sənətkarı 80 illik yubileyi münasibətilə təbrik edən mədəniyyət naziri Adil Kərimli onun Azərbaycan aşıq sənətinin inkişafına verdiyi töhfələrdən danışıb.
Ətraflı...Ötən il Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı adlı layihəni uğurla həyata keçirən Azərbaycan Aşıqlar Birliyi Agentliyin 2025-ci il üçün kiçik qrant müsabiqəsində də qalib olanlar sırasındadır. Bu il həyata keçirilməsi nəzərdə tutulan layihənin mövzusu yenə Qərbi Azərbaycanla bağlıdır. Üç ay ərzində yekunlaşdırılması nəzərdə tutulan layihənin icrasına başlanılıb.