Gürcüstanının Marneuli rayonunun Sadaxlı kəndində yaşayıb fəaliyyət göstərən ziyalı Səyyad Xəlilov iyulun 17-də Azərbaycan Aşıqlar Birliyində olub. Birliyin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı ilə S.Xəlilovun arasında olan səmimi görüşdə Borçalı aşıq mühitinin dünəni və bu günü ilə bağlı maraqlı söhbət olub, fikir və mülahizələr söylənilib.
Azərbaycan Aşıqlar Birliyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Koroğlu havaları” vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli-mədəni dəyərlər kimi” layihəsi üzərində işlər tamamlanmaq üzrədir. Bu barədə məlumat verən Birliyin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, artıq layihə çərçivəsində görüləcək işlərin çoxu həyata keçirilib.
2018-ci il iyul ayının 9-da ATV kanalının “10-dan sonra” verilişində bir neçə saz ifaçısı arasında baş verən qalmaqalla bağlı bildiririk ki, onların heç biri Azərbaycan Aşıqlar Birliyinin üzvü deyil. Bununla belə, təkcə aşıqlar arasında deyil, bütövlükdə sənət adamlarının arasında bu cür arzuolunmaz münaqişələrin baş verməsindən təəssüf edirik. Televiziya milyonlarla izləyicisi olan bir auditoriyadır və belə bir tribunadan mədəniyyətimizi layiqincə təqdim etmək isə hər bir sənət adamının borcudur. Reklamarası baş vermiş belə bir üzdəniraq olayın ictimailəşdirilməsini isə düzgün hesab etmirik.
Azərbaycan Aşıqlar Birliyinin istedadlı nümayəndəsi, ustad aşıq Elxan Astaralının 60 illiyi münasibəti ilə iyun ayının 22-də Aşıqlar Birliyi və Astara İcra Hakimiyyətinin birgə təşkil etdiyi yubiley böyük təntənə ilə keçmişdir. Aşıqlar Birliyi və Astara ictimaiyyətinin təşkil etdiyi bu tədbir rayon Mədəniyyət Mərkəzində olmuşdur. Aşıq Elxanın həyat və sənət yolu barədə məruzə dinlənildikdən sonra yubiliyara ünvanlanmış təbrik və təltiflər təqdim olunmuşdur.
May ayının 11-də M.Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan Respublika Mədəniyyət Nazirliyi və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycanın milli ordusunun yaradılmasının 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tamaşaçılarının əksəriyyəti Azərbaycan ordusunun əsgər və zabitləri olan tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı deyib:
2018-ci il iyun ayının 11-də axşam saat 7-də M.Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Milli Ordunun 100 illiyinə həsr olunmuş konsert keçiriləcək.
Bu günlərdə “Uğur” nəşriyyat-poliqrafiya mərkəzində “Məhərrəm Qasımlı. Ömür yolu və biblioqrafiya” adlı kitab nəfis tərtibatla çap olunaraq oxucuların ixtiyarına verilib. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, professor, Azərbaycan Aşıqalr Birliyinin sədri Məhərrəm Paşa oğlu Qasımlının anadan olmasınnı 60 illik yubileyinə ərməğan kimi hazırlanan bu avtobioqrafik bilgi və biblioqrafiya göstəricisi görkəmli ziyalı, alim və şairin uzun illər boyu gerçəkləşdirdiyi elmi və ədəbi-bədii fəaliyyətinin mühüm bir qismini əhatə edir. Məhərrəm Qasımlının – Orxan Paşanın ana dili ilə yanaşı müxtəlif ölkə və dillərdə nəşr olunan əsərləri haqda məlumatlar da kitabda yer alıb. Bütövlükdə kitab 13 bölümdən ibarətdir: