Azərbacan Aşıqlar Birliyi, Kəlbəcər rayon İcra hakimiyyəti və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin anadan olmasının 126-cı ildönümü münasibətilə Gəncə şəhərində “Dədə Şəmşir – saz-söz bayramı” keçirlib. Tədbir iştirakçıları əvəlcə görkəmli sənətkarın Göygöl rayonundakı büstünü ziyarət ediblər.
Azərbaycan milli-mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirdiyiniz məqsədyönlu və uğurlu siyasət xalqımız tərəfindən qədirşünaslıqla qarşılanmaqdadır. Bu il martın əvvəlində Heydər Əliyev Mərkəzində ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşdə milli-mədəni sərvətlərimizin qorunması və daha da irəli aparılması zərurətini diqqət önündə saxlamağınız hamımızın ürəyindən oldu. Görüşdən az sonra mədəniyyət sahəsinə, o cümlədən də yaradıcılıq təşkilatlarına göstərdiyiniz maliyə dəstəyi. Sizin mədəni-humanitar sferada gedən proseslərə nə qədər həssas münasibət bəslədiyinizi bir daha ayani şəkildə ortaya qoydu. Martın 13-də Azərbaycan Aşıqlar Birliyi də daxil olmaqla yaradıcılıq ittifaqları və birliklərinə prezidentin ehtiyat fondundan ayrıdığınız maliyə vəsaiti hamımızda böyük məmnunluq hissi yaratmışdır. Bu unudulmaz qayğı və diqqətə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Möhtərəm cənab prezident! Qoy ozan-aşıq mədəniyyətinin ulu ustadı-Dədə Qorqudun müqəddəs ruhundan gələn alqış və dualar hər zaman Sizə yardımçı olsun!
Dərin ehtiramla
Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı Azərbaycan Respublikakası Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, professor
Martın 11-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ustad aşıq, Əməkdar İncəsənət xadimi Ədalət Nəsibovun anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Mədəniyyət nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə AAB-nin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açaraq Ədalət Nəsibovun keçdiyi ömür və sənət yolundan söz açıb, onun Azərbaycan aşıq sənətindəki xidmətlərindən, xüsusilə də solo saz ifaçlığında müstəsna xidmətlərindən danışıb.
Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun ikinci buraxılışı işıq üzü görüb. Topluda Azərbaycan aşıqalrının 2018-ci il sentyabrın 28-də Bakıda keçirilmiş VI Qurultayının hesabat-stenoqramı verilib. Oxucular Mədəniyyət naziri Əbülfəs Qarayevin, Millət vəkili, akademik Rafael Hüseynovun çıxışları, AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının hesabat məruzəsi ilə yanaşı, Xalq şairi Nəriman Həsənzadənin, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin, AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Muxtar İmanovun, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin, Türkiyədən gəlmiş professor Əli Qafqasiyalının, eləcə də, ustad aşıqlardan Prezident təqaüdçüsü və Əməkdar mədəniyyət işçiləri Mahmud Məmmədov və Ulduz Quliyevanın, istedadlı gənc aşıq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Samirə Əliyevanın qurultay iştirakçılarına təbrik çıxışları ilə tanış ola biləcəklər.
Azərbaycan elmi ictimaiyyətinin və saz-söz adamlarının görkəmli alim, aşıq sənətinin bilicisi kimi tanıdığı Əməkdar elm xadimi, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı həm də könüllər oxşayan şeirlər müəllifidir. Poeziya həvəskarları onu şair Orxan Paşa kimi tanıyırlar. Bu günlərdə M.Qasımlının – Orxan Paşanın “Taleyimdən və ürəyimdən keçənlər” adlı kitabı İranda nəşr olunub. “Əxtar” nəşriyyatında işıq üzü görən kitabı nəşrə Məcid Teymurifər (Səfa) hazırlayıb.
Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Ustad aşıq, Əməkdar mədəniyyət işçisi Səyyad Pənahov 2019-cu il fevralın 16-da dünyasını dəyişib. Səyyad Məşədi oğlu Pənahov 1945-ci il iyul ayının 28-də Gədəbəy rayonunun Kərimli kəndində anadan olub. 1961-ci ildə orta məktəbi bitirib. Aşıq sənətinə hələ kiçik yaşlarından böyük həvəs göstərən Səyad Məşədi oğlunun ustadı aşıq Hüseyn olub. Erkən yaşlarından istedadı, şirin avazı və zil səsi ilə tanınıb. Sənətdə ilk uğurunu 1957-ci ildə keçirilən Ümumittifaq Uşaq və Gənclər festivalında qazanıb – uğurlu çıxışına görə medalla təltif olunub.