“Aşıq şeirinin poetik biçimləri və çeşidləri” adlı yeni kitab işıq üzü görüb
Bu günlərdə Bakıda “Elm və təhsil” nəşriyyatında “Aşıq şeirinin poetik biçimləri və çeşidləri” adlı yeni kitab işıq üzü görüb. Yüksək poliqrafik tərtibatla hazırlanmış və Azərbaycan Aşıqlar Birliyinin nəşri olan bu kitabın müəllifləri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və professor Mahmud Allahmanlıdır. Kitabda aşıq şeirinin janr və poetik biçimləri, onların çoxsaylı çeşidləri həm ədəbi-nəzəri, həm də folklor poetikasının prinsipləri əsasında açıqlanır.