Yazıçı-jurnalist Məti Osmanoğlu Azərbaycan Aşıqlar Birliyinin üzvlüyünə qəbul olunub. Aprelin 13-də Aşıqlar Birliyində Birliyin sədri, Əməkdar Elm xadimi, professor Məhərrəm Qasımlı Məti Osmanoğluna üzvlük vəsiqəsini təqdim edib.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ
Möhtərəm cənab Prezident!
XX əsr Azərbaycan aşıq sənətinin inkişafında, çoxəsrlik şifahi sənət ənənələrinin yaşadılmasında və milli folklor xəzinəmizin daha da zənginləşdirilməsində böyük xidmətləri olmuş Əməkdar İnsənət Xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyinin qeyd edilməsi haqqında 2018-ci il aprelin 2-də imzaladığınız Sərəncam çoxsaylı aşıqlar və sənətsevərlər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandı. Son illərdə mədəniyyətimizin digər sahələri kimi, aşıq sənətinin də inkişafına göstərdiyiniz daimi diqqət və qayğının əyani təzahürü olan bu sərəncam görkəmli ustad sənətkar Aşıq Şəmşirin xatirəsinə böyük ehtiram olmaqla yanaşı, eyni zamanda, Sizin bütövlükdə ozan-aşıq mədəniyyətinə verdiyiniz yüksək qiymətdir.
Azərbaycan aşıq sənətinə ağır itki üz verib. XX əsrin ortalarından günmüzədək bütün ömrünü aşıq sənətinin inkişafına və təbliğinə həsr etmiş Aşıq Şəhadət 2018-ci il martın 25-də vəfat edib.
Şəhadət Nəsib oğlu Gülməmmədov 1929-cu ildə Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub. Atası yaxşı saz çaldığından uşaqlıqdan onda da saza meyil yaranıb. Bu sənətin sirləinə dərindən yiyələnmək üçün 1943-cü ildə aşıq Ədhəmin yanında şəyirdliyə başlayıb. Yeddi il onun yanında sənətin sirlərinə yiyələndikdən sonra 1950-ci ildən müstəqil olaraq aşıqlığa başlayıb.
Hörmətli həmvətənlər, əziz soydaşlar! Sizi əsrlərdən bəri yurdumuzun hər bir guşəsində ümumxalq bayramı kimi böyük təntənə ilə qeyd olunan, müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanan Novruz bayramı münasibəti ilə Azərbaycan Aşıqlar Birliyi və şəxsən öz adımdan təbrik edirəm. Bu bayramın milli adət ənənələrimizdə özünəməxsus yeri var. Xalqımızın milli-mənəvi dəyərlərində xüsusi yeri ilə seçilən Novruz bayramı digər mənəvi sərvətlərimiz kimi, tarixin müəyyən məqamlarında qadağalarla üzləşib, 70 illik sovet rejimi, imperiyanın repressiya qorxusu da onu yaddaşlardan silə bilməyib.
Martın 15-də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri, ustad aşıq, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin 125 illik yubileyinə həsr edilmiş “Saz-söz bayramı” adlı tədbir keçirilib.
Martın 6-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ustad aşıq, pedaqoq, Əməkdar Mədəniyyət İşçisi, Prezident təqaüdçüsü Ulduz Sönməzə həsr olunmuş “Ulduz Sönməz: mən belə yaşadım...” kitabının təqdimat mərasimi keçirilib.
Fevralın 23-də “Xalq Bank”ın əsas binasında yerləşən bədii qalereyada ölkənin görkəmli elm və sənət xadimlərinin iştirakı ilə “Xalq əmanəti” layihəsi çərçivəsində hazırlanmış növbəti fundamental nəşrin – üçcildlik “Aşıq ədəbiyyatı antologiyası”nın təqdimat mərasimi keçirilib.