Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.
Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.
Ətraflı...Aşıqlar Birliyi tərəfindən hazırlanmış növbəti audiodisk işıq üzü görüb
Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən hazırlanmış növbəti audiodisk işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, son dövrdə bir sıra aşıqların ifalarından ibarət audiodisklər buraxdıran birlik bu dəfə ustad aşıq, Əməkdar mədəniyyət işçisi Umbay Axundovun yaradıcılığına müraciət edib. Anadan olmasının 80 illik yubileyinə töhfə kimi hazırlanan diskdə ustadın ifasında müxtəlif aşıq havaları yer alıb.
Ustad aşıq Əkbər Cəfərovun ifalarından ibarət disk buraxılıb
Son zamanlar fəaliyyətində ustad aşıqların yaradıcılığına, onların ifalarının lentə alınaraq daha geniş miqyasda yayılmasına və gənc sənətkarlar arasında təbliğinə böyük yer verən Azərbaycan Aşıqlar Birliyi tərəfindən növbəti audiodisk buraxılıb.
“Ozan” elm və sənət toplusunun dördüncü buraxılışı işıq üzü görüb
Azərbaycan Aşıqlar Birliyinin (AAB) nəşri olan “Ozan” elm və sənət toplusunun dördüncü buraxılışı işıq üzü görüb. 44 günlük Vətən müharibəsi nəticəsində şanlı Azərbaycan Ordusunun əldə etdiyi böyük Qələbə - torpaqlarımızın erməni işğalından azad edilməsi münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının təbrik məktubu ilə açılan topluda, həmçinin bizə bu qələbə sevincini yaşadanlara minnətdarlıq ifadə olunur.
AŞIQ ƏLƏSGƏRİN LİRİK ŞEİRLƏRİNDƏN İBARƏT YENİ KİTAB NƏŞR OLUNUB
2021-ci il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustadlar ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubiley ilidir. Azərbaycan Aşıqlar Birliyi yubiley münasibəti ilə bir sıra tədbirlər həyata keçirməyi nəzərdə tutur. Artıq bu istiqamətdə ilk addım da atılıb – ustadın lirik şeirlərindən ibarət kitab oxucuların ixtiyarına verilib. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, hələ ötən ilin sonlarından bu yubileylə bağlı hazırlıq işlərinə başlanılıb. İlk olaraq Aşıq Ələsgərin daha çox dillər əzbəri olan lirik şeirlərindən ibarət kitab nəşrə hazırlanıb. Kitabın Aşıq Ələsgərin indiyədək nəşr olunmuş kitablarından fərqi ondan ibarətdir ki, ilk dəfə olaraq kitaba daxil edilmiş şeirlərin bütün aşıq mühitləri nəzərə alınmaqla hansı aşıq havaları üstündə oxuna bilməsi haqqında da bilgi təqdim olunur.Aşıq Ələsgər şeirlərində işlədilmiş arxaizmlərin və ərəb-fars mənşəli sözlərin izahlı lüğəti də kitabın sonuna əlavə olunmuşdur.
“Minlərlə gənclərimizin orduya yazılmasında Tovuz hadisələrinin müstəsna rolu oldu”
Məhərrəm Qasımlı: “Nizami Gəncəvi İli”nin elan edilməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır
Prezident İlham Əliyevin ədəbiyyatımızın görkəmli nümayəndəsi Nizami Gəncəvi irsinə göstərdiyi böyük diqqət və qayğı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisə hesab olunur. Birmənalı şəkildə demək olar ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır. Belə ki, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə xüsusilə böyük diqqət və qayğı ilə yanaşmışdır.