“Növrəs İman” dastan –hekayəti çapa hazırlanır
Göyçə aşıq mühitinin əzəmətli simalarından olan Növrəs İmanın (1901-1953) ömür yolu və səfərlərini, o cümlədən də həyatındakı əfsanəvi hadisələri əks etdirən dastan-hekayəti Aşıqlar Birliyinə Kəlbəcərli Seyid İsrafil ağa (rəhmətə getmişdir, Allah rəhmət eləsin) və ustad aşıq Hüseyn Qoşqarlı təqdim etmişlər. Maraqlı hadisə və əhvalatlarla,eləcə də deyişmələrlə zəngin olan bu dastan-hekayət Növrəs İmanla bağlı məlum nəşrlərdən xeyli dərəcədə fərqlidir.