“Bu bir daha onu göstərir ki, Azərbaycan xalqının ruhu yenilməzdi, qırılmazdı...”

AŞIQ ƏLƏSGƏRLƏ BAĞLI YENİ KİTAB HAZIRLANIR
Zəngin tarixi ənənəyə malik olan aşıq sənətinə yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş ustad sənətkar Aşıq Ələsgərin anadan olmasının bu il 200 illik yubileyi ilidir. Bu böyük ustadın yubileyinin respublikamızda geniş qeyd olunması üçün ölkə başçısı möhtərəm İlham Əliyev cənabları bu ilin fevral ayında sərəncam imzalayıb. Artıq sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə başlanılıb, aidiyyəti təşkilatlar bu böyük saz və söz ustadına həsr olunmuş müxtəlif tədbirlər həyata keçirirlər.
USTAD AŞIĞIN YENİ KİTABI NƏŞR OLUNUB

Əməkdar mədəniyyət işçisi, ustad aşıq Əli Quliyevin – Urfan Əlinin yeni kitabı işıq üzü görüb. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, dövrümüzdə klassik aşıq ənənələrini böyük ustalıqla yaşadan, bu sənətdə dünənlə sabah arasında etibarlı körpü olan, özünəməxsus sənətkarlıq xüsusiyyətləri ilə seçilən Urfan Əli həm də bədii yaradıcılıqla məşğul olur.
DASTANLAR YENİ TƏQDİMATDA
Son dövrlərdə bir sıra uğurlu layihələrə imza atan Azərbaycan Aşıqlar Birliyində yeni bir layihəyə start verilib. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, klassik aşıq yaradıcılığında mühüm yer tutan dastançılıq ənənəsinin müasir dövrdə yenidən təqdim olunmasına həsr olunmuş bu layihə çərçivəsində dastanların çağdaş aşıqlarımızın ifasında sənətsevərlərə yenidən təqdim olunması nəzərdə tutulur. O, qeyd edib ki, repertuar seçimi zamanı məşhur dastanlarla yanaşı, sənətsevərlərə nisbətən az tanış olan dastanlara da müraciət olunacaqdır. Hazırda “Xəstə Qasımın Şamaxı səfəri”, “Yetim Aydın”, “Tahir və Zöhrə” və s. dastanların üzərində hazırlıq işləri görülür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Möhtərəm cənab Prezident!
Bu il Azərbaycan aşıq sənətinin görkəmli siması, yüksək səviyyəli poetik əsərlərində xalqımızın milli-mənəvi varlığını böyük ustalıqla canlandıran, aşıq sənəti və ədəbiyyatının inkşafında unudulmaz xidmətlərə malik olan möhtəşəm saz-söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi tamam olur. Oncədən böyük minnətdarlıq hissi ilə orasını qeyd edim ki, görkəmli sənətkarın 150 illik yubileyi Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsu ilə 1972-ci ildə Bakıda, Moskvada və aşığın doğma yurdu Göyçə mahalında yüksək səviyyədə keçirilmişdir. Daha sonra onun 175, 180 və 190 illik yubileyləri də Ulu öndərin və Sizin sərəncanılarınızla böyük təntənə ilə qeyd olunmuşdur.
Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı Sizin imzaladığınız hazırkı Sərəncam hər birimizin ürəyindən vəbər verdi.Bu böyük qiymətə və qədirşünas dəyərləndirməyə görə Azərbaycan Aşıqlar Birliyi və geniş saz-söz içtimaiyyəti adından cənab Prezident-Sizə dərin təşəkkürümüzü çatdırırıq. Sərəncamdan irəli gələn vəzifələrin gerçəkləşdirilməsində əlimizdən gələn hər şeyi edəcəyik.
Görkəmli saz-söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi bağlı verdiyiniz tarixi Sərəncama görə, möhtərəm Cənab Prezident, Sizə bir daha dərin təşəkkürümüzü bildiririk.
Məhərrəm Qasımlı
Azərbaycan Aşıqlar Birliyinin sədri,
Dövlət Mükafatı Laureatı,
Əməkdar elm xadimi, professor
“Bu böyük qiymətə və qədirşunaslıq dəyərləndirməsinə görə Azərbaycan Aşıqlar Birliyi və geniş saz-söz ictimaiyyəti adından cənab prezidentə təşəkkürümüzü bildiririk”

“Bu böyük qiymətə və qədirşunaslıq dəyərləndirməsinə görə Azərbaycan Aşıqlar Birliyi və geniş saz-söz ictimaiyyəti adından cənab prezidentə təşəkkürümüzü bildiririk”
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı deyib. Qurum sədri Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi münasibətilə görüləcək işlərdən danışıb:
Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.
Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.
Ətraflı...