Türkiyənin ünlü ozanı ustad Şərəf Taşlova Aşıqlar Birliyində anıldı

İyul ayının 17-də Aşıqlar Birliyində əslən Azərbaycandan-Borçalıdan olan ustad aşıq Şərəf Taşlovanın (1938-2014) sənəti və xatirəsi anıldı. Aşıqlar Birliyinə Türkiyədən qonaq gələn ustadın qızı, yazar Ülkü Taşlova və onun həyat yoldaşı prof. doktor İshak Özkanı salamlayan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı böyük sənətkar Şərəf Taşlovanın ömür və sənət yolu barədə geniş söhbət açmışdır. Şərəf Taşlova Anadolu və Azərbaycan aşıqlığını həm Türkiyədə, həm də dünyada ləyaqətlə təmsil etmişdir.

“Növrəs İman” dastan –hekayəti çapa hazırlanır

Göyçə aşıq mühitinin əzəmətli simalarından olan Növrəs İmanın (1901-1953) ömür yolu və səfərlərini, o cümlədən də həyatındakı əfsanəvi hadisələri əks etdirən dastan-hekayəti Aşıqlar Birliyinə Kəlbəcərli Seyid İsrafil ağa (rəhmətə getmişdir,  Allah rəhmət eləsin) və ustad aşıq Hüseyn Qoşqarlı təqdim etmişlər. Maraqlı hadisə və əhvalatlarla,eləcə də deyişmələrlə zəngin olan bu dastan-hekayət Növrəs İmanla bağlı məlum nəşrlərdən xeyli dərəcədə fərqlidir.

“Ozan –aşıq ensiklopediyası” nəşrə hazırlanır

Azərbaycan Aşıqlar Birliyində uzun müddətdən bəri üzərində iş gedən “Ozan-aşıq ensiklopediyası” tamamlanmaq üzrədir. Təqribən 1500 səhifə həcmində olan bu nəhəng həcmli ensiklopediyanın baş redaktoru Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır. Ensiklopediyanın yaradıcı heyəti prof. Mahmud Allahmanlı, sənətşünaslıq doktoru, prof. İradə Köçərli, Əməkdar incəsənət xadimi prof. Kamilə Dadaşzadədir.

Aşıq sənətinin qeyrətkeşi

Xatirə Bəşirli
professor

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra min illər boyu yaratdığı zəngin milli-mənəvi sərvətlərə gercək, tarixi ədalət prizmasından yanaşmağa yol aldı. Bu yeni baxış humanitar, tarix, sosial elmlər sahəsində sovet totalitar düşüncəsinin ideoloji diktəsi, basqısı altında qalmış, ciddi deformasiyaya məruz qalan mənəviyyat sahələrinin, o cümlədən ədəbiyyat və folklorumuzun, aşıq ədəbiyyanın əsl mahiyyətini, tarixi dəyərini, elmi qiymətini vermək amacını daşımaqdadır.
Ötən yetmiş ildə mədəni irsimizə, o cümlədən aşıq ədəbiyyatına münasibətdə məlum yanaşma müstəvisində qiymət verilməsi səbəbilə gerçək ədəbi meyarlar pozulmuş, milli-mənəvi, etnik-dini dəyərlər məqsədli, həm də sistemli şəkildə təhrif və bir çox hallarda məhv edilmişdir.

“Azərbaycan aşıq ədəbiyyatı “ kitabı işıq üzü görmüşdür

Əməkdar elm xadimi, Dövlət mükafatı lauretı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının uzun illərdən bəri üzərində çalışaraq ərsəyə gətirdiyi “Azərbaycan aşıq ədəbiyyatı” kitabı bu günlərdə “Şərq-Qərb” nəşriyyatında işıq üzü görmüşdür.

“Lider” TV –dən Aşıqlar Birliyinə fəxri diplom

05 iyul 2019-cu il tarixində Lider TV-də Dilşad Abbasəli qızının lahiyəsi olan “Gecenin sehrində” verlişinin bir yaşı tamam olması münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə bir necə elm və sənət adamlarına lahiyənin uğurlu gedişinə göstərdikləri dəstəyə görə mükafatlar təqdim olundu.

Sumqayıtda aşıq tədbiri

06.07.2019-cu il tarixində AAB Sumqayıt şəhər bölməsinin və Sumqayıt poeziya evinin iqamətgahında Azərbaycan aşıq sənətinin YUNESKO-nun qeiri-maddi irs siyahısını daxil edilməsinin 10-illiyi ilə əlaqədar tədbir və konsert proqramı keçirilmişdir.
Sumqayıt şəhər poeziya evinin rəhbəri İbrahim İlyaslının giriş sözündən sonra AAB-nin sədr müavini Altay Məmmədli və Sumqayıt Aşıqlar bölüməsinin rəhbəri Qənirə Mehdixanlı çıxış etdilər.

Amerikalı aşıq Marta Lauri Kofman Aşıqlar Birliyində qonaq olmuşdur

AAB-nin üzvü Marta Lauri Kofman Aşıqlar Birliyinin qonağı olmuşdur.AAB-nin sədri,Əməkdar elm xadimi,professor Məhərrəm Qasımlı ilə sənət söhbətləri edən Marta Lauri Azərbaycan aşıq sənətinin möhtəşəmliyini və ona əbədi vurğunluğunu bir daha xatırlatmışdır.Hazırda Amerikada yaşayan Marta Lauri yenə də aşıq sənəti sahəsindəki qabliyyətini təkmilləşdirməkdə davam edir və öz ölkəsində aşıq sənətimizi təbliğ edir.

25 -dən səhifə 39