Expose Framework for Joomla 2.5 and 3.0+ -

PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • FOTOQALEREYA
  • VİDEO
  • ƏLAQƏ

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

Nəşr edilib 18.03.2024

Əziz həmvətənlər! Əziz soydaşlar!

Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza uzun və sağlıqlı ömür, səadət dolu günlər arzulayırıq.

Təbiətin əbədi nizamına əcdadlarımızın ehtiramını ifadə edən bu müqəddəs bayram bizə ulularımızdan yadigardır. Bu bayram xalqımızın qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü kimi mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Kökü tarixin dərin qatlarına gedib çıxan Novruz ənənələrini xalqımız minilliklər boyu yad təsirlərdən qoruyaraq yaşadıb. Novruz bayramı, Novruz ənənələri eyni zamanda xalqımızın bəşər mədəniyyətinə töhfəsidir.

Bu gün Azərbaycanda hər kəs böyük qürur hissi ilə qeyd edir bu bayramı. Çünki 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı birgünlük antiterror əməliyyatı zamanı qazanılan şanlı Zəfər Azərbaycana əbədi bahar gətiribdir.

Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirik! Qoy bu bayram evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin!

Bayramınız mübarək!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

 

 

AAB-NİN “KOROĞLU HAVALARI” ADLI LAYİHƏSİ DAVAM EDİR

Nəşr edilib 18.03.2024

Azərbaycan Aşıqlar Birliyində ayrı-ayrı ustad aşıqların həyat və yaradıcılığının öyrənilməsi və təbliği ilə yanaşı, saz havalarının təbliğinə də böyük önəm verilir. Xüsusilə də qəhrəmanlıq ruhu aşılayan havaların aşıqların repertuarında üstün yer tutması daim diqqət mərkəzində saxlanılır, bu məqsədlə xüsusi layihələr həyata keçirİlir.

Ətraflı...

“SAZ-SÖZ AXŞAMI”NIN NOVRUZ BURAXILIŞI

Nəşr edilib 12.03.2024

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftənin şənbə günü efirə gedən və milyonlarla tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan “Saz-söz axşamı” verilişinin bir buraxılışı Novruz bayramına həsr olunacaq. Bayram ərəfəsində - mart ayının 23-də efirə gedəcək verilişdə aşıqlardan Elman Talıstanlı, Elməddin Məmmədli, Nəbi Nağıyev, Nazim Bahadıroğlu, Babək Şakirli, Nəcəf Uğurlu, Azər Fərmanoğlu, İmralı Fikrətoğlu, Famil Laçınlı, Sehran Əbülfəzqızı və Sahil Laçınlı “Baş yayma”, “İncəgülü”, “Yüngül şərili”, “Şirvan gözəlləməsi”, “Sulduzu”, “Gözəlləmə”, “Orta sarıtel”, “Aran gözəlləməsi”, “Şahsevəni” və “Mirzəcanı” aşıq havaları üstündə bahar təravətli ifaları ilə könüllər oxşayacaqlar.

 “Misri” folklor qrupu isə “Novruz” kompozisiyası ilə çıxış edəcək.

İSMAYILLIDA BAYRAM KONSERTİ

Nəşr edilib 07.03.2024

Qarşıdan Novruz bayramı gəlir. Artıq ölkəmizin hər yerində bayram şənliklərinə start verilib. Bu ilki bayramın özəlliyi ondan ibarətdir ki, müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq Xankəndi və Xocalı da daxil olmaqla ölkəmizin hər yerində bayram tonqalları alovlanır.  

Ətraflı...

GƏNCƏ DÖVLƏT FİLARMONİYASINDA AŞIQ ƏLƏSGƏRƏ HƏSR OLUNMUŞ GECƏ KEÇİRİLİB

Nəşr edilib 04.03.2024

2024-cü il mart ayının 2-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan “Musiqi kimliyimiz” layihəsi çərçivəsində “Azərbaycan aşıqları” adlı elmi-konfrans  və Aşıq Ələsgərə həsr olunmuş təntənəli gecə keçirilib.

Ətraflı...

“SAZ-SÖZ AXŞAMI”NDA “KƏRƏM HAVALARI” TƏQDİM OLUNACAQ

Nəşr edilib 27.02.2024

Fəaliyyətində klassik aşıq ənənələrinin qorunması mühüm yer tutan Azərbaycan Aşıqlar Birliyində bu gün az işlənən aşıq havalarına yeni nəfəs verilməsi, belə havaların aşıqların, xüsusilə də gənclərin repertuarında öz yerini tutması işinə də daim böyük diqqət yetirilir.

Ətraflı...

“SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI HÜSEYN ARİFƏ HƏSR OLUNACAQ

Nəşr edilib 20.02.2024

Bu il Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin qurucusu və ilk sədri Hüseyn Arifin anadan olmasının 100 illik yubileyi tamam olur. Görkəmli söz ustadının yubileyinin layiqincə qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində ayrıca tədbirlər planı hazırlanıb.

Ətraflı...
  • Başa
  • Geri
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • İrəli
  • Sona

BÜTÜN XƏBƏRLƏR

  • 06.05.2025 Azərbaycan Aşıqlar Birliyində yeni layihənin icrasına hazırlıq işləri görülür
  • 30.04.2025 “Saz üstündə köklənmişəm...”
  • 21.04.2025 “Zəlimxan nə desə saz dilindədi...” adlı kitab işıq üzü görüb
  • 10.04.2025 "Arif Acaloğlu: Uzaq yolların adamı"
  • 01.04.2025 “Aşıq dastanları”nın 3-cü cildi işıq üzü görüb
  • 28.03.2025 USTAD AŞIQ MAHMUD MƏMMƏDOVUN 90 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ
  • 21.03.2025 TANINMIŞ FOLKLORŞÜNAS ALİM, ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ ELXAN MƏMMƏDLİ VƏFAT EDİB
  • 19.03.2025 NOVRUZ TƏBRİKİ
  • 19.03.2025 ALMANİYADAKI TÜRK İŞ ADAMI AAB-nin QONAĞI OLUB
  • 17.03.2025 AAB-NİN SUMQAYIT REGİONAL BÖLMƏSİNİN OFİSİNİN AÇILIŞI OLUB
  • 17.03.2025 Aşıq sənətinin uğurları və qayğıları
  • 21.02.2025 ALTAY MƏMMƏDLİ ELMİ-PRAKTİK SEMİNARDA ÇIXIŞ EDİB
  • 22.01.2025 USTAD AŞIQ ZİYƏDDİN KEŞƏLİ VƏFAT EDİB
  • 17.01.2025 Əməkdar mədəniyyət işçisi Mikayıl Azaflının 100 illik yubileyi qeyd olunub
  • 16.01.2025 MİKAYIL AZAFLININ 100 İLLİK YUBİLEYİ QEYD OLUNUB
  • 16.01.2025 GƏNCLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ VERİLİŞ HAZIRLANIR
  • 11.01.2025 ZƏLİMXAN YAQUB – 75
  • 12.12.2024 XALQ ŞAİRİ HÜSEYN ARİFİN ANADAN OLMASININ 100 İLLİYİ QEYD OLUNUB
  • 03.12.2024 Azərbaycan Milli QHT Forumu İctimai şuraların formalaşdırılmasında pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair bəyanat yayıb
  • 25.11.2024 Molla Cuma - 170
  • 19.11.2024 AAB-NİN GƏDƏBƏY BÖLMƏSİ YARADILIB
  • 09.11.2024 “ÜRƏYİNDƏ SAXLA MƏNİ”
  • 05.11.2024 TƏBRİK EDİRİK!
  • 28.10.2024 AŞIQ DASTANLARI”NIN 2-Cİ CİLDİ İŞIQ ÜZÜ GÖRÜB
  • 23.10.2024 AŞIQ YANVAR BƏDƏLOVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
  • 14.10.2024 “MİRZƏ BİLAL” DASTANI YENİ TƏQDİMATDA
  • 10.10.2024 AĞAMURAD ŞİRVANLININ 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB
  • 01.10.2024 Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB VİDEO
  • 25.09.2024 AŞIQ ŞAİQ İNCƏLİNİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB
  • 19.09.2024 USTAD SƏNƏTKAR ƏVƏZXAN XANKİŞİYEVİN 75 İLLİK YUBİLEYİ QEYD OLUNUB

Axtar

ƏN ÇOX OXUNANLAR

Aşıq sənətinin uğurları və qayğıları

Aşıq sənətinin uğurları və qayğıları

Ömür yolu məşəqqətlərdən keçən saz-söz ustadı

Ömür yolu məşəqqətlərdən keçən saz-söz ustadı

Həmişəyaşar aşıq dastanları

Həmişəyaşar aşıq dastanları

Videolar

  •  
    O taylı bu taylı yurdumuzun saz söz məclisi: Aşıq Altay Məmmədli - Bakı Aşıq Vədud Qaradağlı -Təbriz

    O taylı bu taylı yurdumuzun saz söz məclisi: Aşıq Altay Məmmədli - Bakı Aşıq Vədud Qaradağlı -Təbriz

FAYDALI LİNKLƏR

ha

prez

nk

mm

meh

haf

qht

Back to top
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ © 2017-2022 Bütün hüquqlar qorunur | ÜNVAN: Bakı ş. Zahid Xəlilov 38, 497-75-91 | email: [email protected]                Рейтинг@Mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • FOTOQALEREYA
  • VİDEO
  • ƏLAQƏ