PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“Koroğlu”ya qayıdaq” konsert-tamaşa təqdim edilib

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə “Aşıq musiqisi axşamları” silsiləsindən “Koroğlu”ya qayıdaq” konsert-tamaşa təqdim edilib.

AZƏRTAC xəbər verir ki, “Koroğlu” dastanının “Koroğlu və Dəli Həsən” və “Koroğlunun İstanbul səfəri” boyları əsasında qurulan konsert-tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru AAB-nin katibi, Əməkdar İncəsənət Xadimi Sənubər Bağırovadır.

Tamaşada aşıq Əli Zeynalabdinov Koroğlu, aşıq Kəmalə Qubadlı Nigar xanım, aşıq Qələndər Zeynalov aşıq Cünun, aşıq Altay Məmmədli Bəlli Əhməd, aşıq Kərəm Vəliyev Dəli Həsən rolunda çıxış ediblər.

Teatrı ənənəsinə uyğun şəkildə səhnələşdirilən dastanda rol alan aşıqlardan başqa Əhməd Vəliyev, Toğrul İbrahimov, Əfsanə Kərimli, Səbinə İbrahimova, balabanda Ələkbər Kəlbəcərli də öz rollarını olduqca maraqlı şəkildə təqdim ediblər. Qələndər Zeynalov və aşıq Altay istisna olmaqla digər üç aşığın dastan ifaçılığında iştirakı yenidir. Onlar səhnədə öz rolunu məharətlə oynayıblar.
15158284164681213461_1000x669.jpg

Gecədə, həmçinin aşıq Gözəl Zalova, aşıq Ramin Qarayev, aşıq Nemət Qasımlının da çıxışları alqışlarla qarşılanıb.

Konsert- tamaşada “Misri”, “İrəvan çuxuru”, “Laçını”, “Hüseyni”, “Gəraylı”, “Dübeyti”, “Koroğlu dübeyti”, “Araz gülü”, “Kərəm gözəlləməsi”, “Qəhrəmani” və başqa el havaları səsləndirilib.