USTAD AŞIQ MAHMUD HAQQINDA KİTAB NƏŞR OLUNUB

Ustad aşıq, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü olmuş Mahmud Məmmədovla (1935-2020) bağlı “Ustadlığa gedən ömrün akkordları” (xatirələr, duyğular, düşüncələr) adlı kitab işıq üzü görüb.
AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV
Ustad aşıq, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü olmuş Mahmud Məmmədovla (1935-2020) bağlı “Ustadlığa gedən ömrün akkordları” (xatirələr, duyğular, düşüncələr) adlı kitab işıq üzü görüb.
Hər bir yeni kitab bir işıqdır, bir nurdur. Və yer üzünü, insanların qəlbini , ürəyini işıqlandırır! Adam var ki, bir gün kitab oxumasa, ürəyi partlayar. Bu mənada kitab bizə hava, su, çörək kimi çox lazımdır.
Ətraflı...Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Aşıqlar Birliyində həyata keçirilən “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihə çərçivəsində hazırlanmış eyniadlı kitab işıq üzü görüb.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Aşıqlar Birliyində həyata keçirilən “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihə uğurla davam etdirilir. Rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı olan layihə çərçivəsində hazırlanan kitab çap olunması üçün artıq nəşriyyata təhvil verilib. Çap prosesinin sentyabrın əvvəllərində yekunlaşması nəzərdə tutulur.
Son illərdə aşıq sənəti və ustad aşıqlarımızla bağlı bir sıra dəyərli kitablar nəşr etdirən Azərbaycan Aşıqlar Birliyində daha bir kitab üzərində iş uğurla davam etdirilir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində hazırlanan bu kitab “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlanır.
Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun 2025-ci ildə ilk buraxılışı işıq üzü görüb. Oxucular toplunun bu sayında Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Ay işığının şairi” (şair Məstan Günərə həsr olunub), Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Ömrü, həyatı nağıl, dastan, ünvanı saz olan şair”