MƏHƏRRƏM QASIMLININ KİTABLARI NAXÇIVANDA TƏQDİM OLUNUB
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən III “Qərbi Azərbaycana qayıdış” konqres-festivalında Azərbaycan Aşıqlar Birliyi də layiqincə təmsil olunub. Tədbir çərçivəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının müəllifi olduğu “Ozan-aşıq sənəti və ədəbiyyatı”, “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” və “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” kitablarının təqdimatı keçirilib.