2024-cü il oktyabrın 21-də İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Əməkdar mədəniyyət işçisi, ustad aşıq Yanvar Bədəlovun xatirəsinə həsr olunmuş “Dastan axşamı” adlı tədbir keçirilib.
Son illərdə aşıqların dastan repertuarının zənginləşməsinə xüsusi diqqət yetirən, çağdaş aşıqlarımızın ifasında dastanlarımıza bir növ ikinci həyat bəxş Azərbaycan Aşıqlar Birliyində daha bir dastan üzərində iş yekunlaşmaq üzrədir. Bu dəfə Şirvan aşıq mühitinin görkəmli nümayəndəsi, Şirvan aşıqlarının babası sayılan Mirzə Bilaldan bəhs edən dastan bu mühitin istedadlı gənc nümayəndələri olan Qəlbinur İbrahimli və Elnur Babayevin təqdimatında saz-sözsevərlərə təqdim olunacaq.
Şamaxı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Aşıqlar Birliyinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində Aşıq Ağamurad İsrəfilovun 60 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
Öncə yubilyarın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış etdi.
2024-cü il sentyabrın 23-də Azərbaycan aşıq sənətinin günümüzdəki ustad sənətkarlarından biri olan Şaiq İncəlinin anadan olmasının 60 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib. Şair İbrahim İlyaslının aparıcılığı ilə keçən tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək yubilyarın dövrümüzdə aşıq sənətinin inkişafındakı xidmətlərindən danışıb, ona AAB-nin təsis etdiyi “USTAD SƏNƏTKAR” fəxri diplomunu və qiymətli hədiyyələr təqdim edib, şəxsi həyatında və sənət yollarında daha böyük uğurlar arzulayıb.
2024-cü il sentyabrın 18-də Qobustan Rayon Gənclər Evində Azərbaycan Aşıqlar Birliyi və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tanınmış aşıq-xanəndə, Əməkdar mədəniyyət işçisi Əvəzxan Xankişiyevin anadan olmasının 75 illik yubileyi qeyd olunub. AMEA-nın əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qürbət Mirzənin aparıcılığı ilə keçən tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək Əvəzxan Xankişiyevin həyat və sənət yolu barədə geniş məlumat verib, onun həm aşıq sənətində, həm də xanəndəlikdə böyük xidmətlərinin olduğunu vurğulayıb. M.Qasımlı yubilyara AAB-nin “Ustad sənətkar” Fəxri diplomunu və qiymətli hədiyyə təqdim edib.
2024-cü il sentyabrın 5-də Azərbaycan Aşıqlar Birliyində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Birliyin həyata keçirdiyi “Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə çərçivəsində hazırlanmış audiodiskin təqdimatı olub.