ZƏFƏR BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN!
8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gün – Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!
2020-ci ilin payızında 44 günlük müharibədə bütün dünya Azərbaycan ordusunun hərbi gücünə və qüdrətinə, əsgər və zabitlərimizin qəhrəmanlığına şahid oldu. Bu gün böyük fəxarət hissi ilə qeyd etdiyimiz QƏLƏBƏ Azərbaycan xalqının əzmi və iradəsi, ölkəmizin iqtisadi gücü, müasir ordu quruculuğu, xalq-iqtidar birliyi, müharibənin başladığı ilk günlərdən etibarən xalqımızın bir yumruq kimi ölkə Prezidentinin ətrafında birləşməsi və dövlətimizin başçısı, möhtərəm Prezidentimiz və Ali Baş Komandan İlham Əliyevin illərlə yeritdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli sərəncamı ilə respublikamızın bir qrup mədəniyyət işçisinə fəxri adlar verilib. “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülənlər arasında ustad sənətkar, balaban ustası İbad Məhəmməd oğlu Allahverdiyev və aşıq Bəhmən İsa oğlu Kazımovun da adları var. Hər iki sənətkarı bu münasibətlə təbrik edir, uzun və sağlam ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.