AMEA Ədəbiyyat İnstitutu və Aşıqlar Birliyinin Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş birgə yubiley tədbiri
Noyabr ayının 29-da AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə Aşıqlar Birliyinin Aşıq Ələsgərin 200 illiyi ilə bağlı böyük tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli açmış, Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Folklor institutunun direktoru akademik Muxtar İmanov, professor İsmayıl Məmmədov, professor Mahmud Allahmanlı, dosent Aynur Xəlilova və başqaları böyük sənətkarın saz-söz dünyası barədə məruzələr etmişlər.