Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlıya
AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Sazın ana laylası” adlı konsert proqramı təşkil olunub.
Aşıqlar Birliyindən AZƏRTAC bildirilib ki, gecəni mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva açaraq qadın aşıqlara uğurlar arzulayıb.
Saz-söz axşamına qonaq olmaq, gözəlliklərə göz kəsilmək həqiqətən də xoşbəxtlikdir. Qadın hər zaman gözəlliyi, nəcibliyi, xanımlığı ilə diqqət mərkəzində olub. Zərif məxluqların yaratdığı xarüqələr aləmi mat qoyub həmişə.
Ana sazımızın təəssübkeşi olan qadın aşıqlar hər zaman dədə-baba yadigarı olan sazımıza sahib çıxmağı bacarıblar. Qadın aşıqlar sazları sinədə səhnəyə çıxanda həqiqətən də dinləyici və tamaşaçılara böyük zövq yaşadıb.
“Qapıya atılan papağa pul qoyulması düzgün deyil”
Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlının "Report"a müsahibəsi.
Sizi xanım aşıqların “Sazın ana laylası” adlı konsertinə dəvət edirik. Konsert 02 mart 2017-ci il tarixində, saat 19:00-da R.Behbudov adına Mahnı Teatrında keçiriləcəkdir.
Ünvan: Rəşid Behbudov, 24
"Azərbaycan mədəniyyətinin inkişafını, onun qədimliyini sübut edən kifayət sayda nümunələr var. Bunların arasında qədim məbədgahların, abidələrin yeri xüsusilə diqqətçəkəndir”.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Əməkdar Mədəniyyət İşçisi, Prezident təqaüdçüsü ustad aşıq İsfəndiyar Rüstəmov dövrümüzdə aşıq sənətinin ən görkəmli nümayəndələrindəndir. Bu il ustadın anadan olmasının 80 illik yubiley ilidir. Çox maraqlı sənətkar taleyi yaşayan İsfəndiyar Rüstəmov 1937-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində anadan olub. Sənətin sirlərini əvvəlcə atası Ədil kişidən öyrənib, sonra isə ustadı Dərələyəz mahalından olan aşıq Məhəmməd olub.
Son illər ölkəmizdə aşıq sənətinin qorunması, gələcək nəsillərə ötürülməsi, araşdırılması, inkişaf etdirilməsi, gənclərin bu sənətə istiqamətləndirilməsi yönündə dövlət tərəfindən mühüm işlər görülür. Sözsüz ki, bu işlərin ardıcıl və sistemli şəkildə aparılmasında Azərbaycan Aşıqlar Birliyinin üzərinə böyük məsuliyyət düşür. Görülən işlər, əldə olunan uğurlar və reallaşdırılacaq layihələr barədə birliyin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı AZƏRTAC-a geniş müsahibə verib. Müsahibəni təqdim edirik...