Azərbaycançılıq ideologiyasının təbliği aşıqlarımızın yaradıcılığında da özünəməxsus yer tutur

Azərbaycançılıq məfkurəsinə bağlı olan sənətkarların yaratdıqları əsərlərdə xalqın vətənpərvərliyi, əqidə və inamı əks etdirilir
Müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin irsi indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. O cümlədən Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasıb milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir.
USTAD AŞIQ GÜLARƏ AZAFLININ”AZAFLI QIZIYAM” ADLI YENİ AUDİODİSKİ BURAXILIB

Son zamanlar bir sıra uğurlu layihələrə imza atan, aşıq sənətinə və ustad aşıqlara dair dəyərli kitablar nəşr etdirməklə yanaşı, həm də klassik və çağdaş ustad aşıqların ifalarından ibarət video və audiodisklər hazırlayan Azərbaycan Aşıqlar Birliyinin növbəti audiodiskində qadın aşıqlar arasında bənzərsiz və özünəməxsus ifa tərzi ilə seçilən, “Çeşmə” sazçı folklor qrupunun rəhbəri, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının ifaları yer alıb.
“Dədə Ələsgər Azərbaycan aşıq irsinin sənət pasportudur”

Məhərrəm Qasımlı: “İstəyirik ki, Ələsgər irsi Avropada, Amerikada, Şərq ölkələrində tanıdılsın. Bu istiqamətdə işlərə başlamışıq”
Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyidir. Aşıq poeziyasını zirvələrə yüksəltmiş böyük sənətkarın yubileyinin dövlət səviyyəsində qeyd olunması məqsədilə Prezident İlham Əliyev 18 fevral 2021-ci ildə sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təkliflərini nəzərə almaqla Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Ətraflı...DƏRVİŞ OSMAN ƏHMƏDOĞLUNUN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Bu yaxınlarda “Ləman nəşriyyat-poliqrafiya” MMC-də şair Dərviş Osman Əhmədoğlunun “Mən Borçalıda qaldım” adlı yeni kitabı işıq üzü görüb. Borçalıda yaşayıb-yaratsa da, Azərbaycanda, eləcə də Türkiyədə və İranda da böyük söz ustadı və aşıq sənətinin bilicisi və təbliğatçısı kimi yaxşı tanınan Dərviş Osman Əhmədoğlunun “Mirvarid Dilbazi məclisi”nin təşəbbüsü ilə hazırlanmış bu kitabında “Sazım” və “Şair Ağacan” adlı poemaları və şeirlərindən seçmələrlə yanaşı, həm də onun haqqında söz və sənət adamlarının, dostlarının ürək sözləri, ithaf olunmuş şeirlər və müxtəlif fotoşəkillər yer alıb.
“SAZ-SÖZ AXŞAMI” VERİLİŞİNİN ƏKS-SƏDASI

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu mədəniyyət siyasəti bu gün uğurla davam etdirilməkdədir. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər, xüsusilə də, xalqımızın ölməz sənəti olan ozan-aşıq mədəniyyətin yaşadanlara dövlət səviyyəsində qayğı və diqqət gündən-günə öz bəhrəsini verməkdədir. Bu gün sazımız Azərbaycanın hüdudlarından kənara çıxaraq dünyanı dolaşır, bu ölməz sənətə maraq beynəlxalq səviyyədə gündən-günə artır. Azərbaycan dövlətinin, xüsusilə, birinci vitse-prezident Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi isə aşıq sənətinin inkişafına və beynəlxalq miqyasda daha geniş təbliğinə əlavə imkanlar açır.
AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ DAHA BİR TƏDBİR KEÇİRİLİB

2021-ci il mayın 5-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş “Aşıq Ələsgər poeziyası haqqında düşüncələr” adlı beynəlxalq tədbir keçirilib.
Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçirilib

Azərbaycan Aşıqlar Birliyi 2021-ci il aprelin 28-də Türkiyənin paytaxtı Ankarada fəaliyyət göstərən “Türk ədəbiyyatı Vaqfi” ilə birlikdə online tədbir keçirib.
Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı, Türk əbəbiyyatı Vaqfının başkanı İmdat Avşar, fəlsəfə doktorları Samirə Əliyeva və Altay Məmmədli məruzələr etmişlər. Tədbirin sonunda aşıqlar Aşıq Ələsgərin sözləri üstündə mahnılar oxumuşlar. Tədbir Türkiyə və Azərbaycanın müxtəlif saytlarında və televiziyalarda yayımlanıb.
Aşıq Ələsgərin 200 illinə həsr olunmuş sözü gedən beynəlxalq tədbirin növbəti mərhələsi Bakı şəhərində olacaqdır.