Expose Framework for Joomla 2.5 and 3.0+ -

PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • FOTOQALEREYA
  • VİDEO
  • ƏLAQƏ

ŞUŞADA KEÇİRİLƏN “XARIBÜLBÜL” BEYNƏLXALQ FOLKLOR FESTİVALINDA AŞIQLAR DA UĞURLA ÇIXIŞ EDİBLƏR

Nəşr edilib 16.05.2022

2022-ci il may ayının 12-13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib. Festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqili folklor yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu ideyasını bütün dünyaya çatdırıb. Festivalın açılışındakı çıxışında bu ideyanın tarixi əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu, 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.

Ətraflı...

RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ KONSERT PROQRAMI HAZIRLANIR

Nəşr edilib 11.05.2022

28 may – Respublika günü münasibəti ilə Azərbaycan Aşıqlar Birliyində xüsusi tədbirlər planı hazırlanıb. Artıq bu istiqamətdə işlərə start verilib.

Ətraflı...

GƏNC AŞIQLARA QAYĞI DAVAM ETDİRİLİR

Nəşr edilib 10.05.2022

Artıq xeyli vaxtdır ki, Azərbaycan Aşıqlar Birliyində “Yeni aşıq səsləri” adlı layihə üzərində iş gedir. Layihə çərçivəsində 17-25 yaş arasında olan gənc aşıqlara qayğı və diqqət göstərilir, sənət yollarında ilk kövrək addımlarına atan bu gənclərin ustadlardan hərtərəfli bəhrələnərək gələcəyin kamil sənətkarı kimi yetişmələrinə yardım edilir, onlar efir məkanına çıxarılırlar.

Ətraflı...

AŞIQ ŞAKİRİN 100 İLLİK YUBİLEYİ AĞSUDA QEYD OLUNUB

Nəşr edilib 29.04.2022

2022-ci il aprelin 28-də Ağsu rayon Mədəniyyət Sarayında AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı və İsmayıllı Regional Mədəniyyət İdarəsinin Ağsu rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Aşıq Şakirin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Ətraflı...

“ŞUŞA İLİ”NƏ 37 SAYLI MUSİQİ MƏKTƏBİ ŞAGİRDLƏRİNİN SAZ-SÖZ ƏRMƏĞANI

Nəşr edilib 20.04.2022

2022-ci il aprelin 18-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayonundakı 37 saylı Uşaq Musiqi məktəbinin saz sinfi şagirdlərinin "Şuşa ili"nə həsr olunmuş "Zəfər" adlı konserti kecirilib.

Ətraflı...

Leyliyə Məcnunun gözü ilə baxanda...

Nəşr edilib 18.04.2022

Yarandığı zamanla bağlı Azərbaycan şifahi xalq ədəbiyyatının maraq doğuran nümunələrindən biri – “Leyli və Məcnun” dastanının tərcümeyi-halında Nizami Gəncəvi yubileylərinin xüsusi yeri var. Dastan ilk dəfə Nizaminin 800-illik yubiley tədbirləri çərçivəsində, 1941-ci ildə “Nizami əsərlərinin el variantları” adlı kitabda nəşr olunub.

Ətraflı...

XANIM AŞIĞIN İKİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Nəşr edilib 14.04.2022

Qadın aşıqlar arasında özünəməxsus ifa tərzi ilə seçilən Həqiqət (Həqiqət Xankişi qızı Xəlilova) həm də bədii yaradıcılıqla məşğul olur. “Sazlı-sözlü dünyam” adlı ilk kitabı 2011-ci ildə nəşr olunub. Bu günlərdə isə onun iki yeni kitabı işıq üzü görüb. Hər iki kitabın naşiri şair Musa Ələkbərli, redaktoru professor Minaxanım Nuriyeva-Təkləlidir. “Bir dəstə çiçəyin həsrətindəyəm” adlı kitabda müxtəlif mövzularda yazdığı qoşma, gəraylı, divani və müxəmməsləri yer alıb. Professor Minaxanım Nuriyeva-Təklənin kitaba yazdığı ön söz də vurğulladığı kimi, Həqiqətin özünəməxsus poeziya aləmi var.

Ətraflı...
  • Başa
  • Geri
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • İrəli
  • Sona

BÜTÜN XƏBƏRLƏR

  • 24.09.2023 Azərbaycan Aşıqlar Birliyinin katibi Bolnisinin fəxri vətəndaşı adına layiq görülüb
  • 20.09.2023 AŞIQLAR VƏTƏN MÜHARIBƏSINDƏ QƏLƏBƏMIZI TƏRƏNNÜM EDİR
  • 19.09.2023 “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı audiodiskin təqdimatı olub
  • 19.09.2023 Alim, şair və ozan ömrünün yetkinlik zirvəsi
  • 14.09.2023 ALLAH RƏHMƏT ELƏSİN!
  • 12.09.2023 Aşıqlar Birliyində daha bir layihə yekunlaşıb
  • 11.09.2023 “SAZ-SÖZ AXŞAMI” YENİ MÖVSÜMƏ BAŞLAYIR
  • 01.09.2023 “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə
  • 31.08.2023 Bir sıra QHT-lər Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı bəyanat yayıb - FOTO
  • 31.08.2023 Bir qrup xarici QHT beynəlxalq ictimaiyyəti itkin düşmüş azərbaycanlılarla bağlı səyləri artırmağa çağırıb
  • 28.08.2023 USTAD SƏNƏTKARLARIN YUBİLEYİ QEYD OLUNUB
  • 25.08.2023 Aşıqlar Birliyində yeni layihə yekunlaşmaq üzrədir
  • 07.08.2023 TƏBRİK EDİRİK!
  • 01.08.2023 Məhərrəm Qasımlı (Orxan Paşa) - 65
  • 11.07.2023 AŞIQLAR BİRLİYİNDƏ YENİ LAYİHƏYƏ START VERİLİB
  • 11.07.2023 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı
  • 07.07.2023 AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ LAYİHƏ
  • 07.07.2023 “OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN YENİ SAYI İŞIQ ÜZÜ GÖRÜB
  • 24.06.2023 “SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI USTAD AŞIQ MƏMMƏDAĞA BABAYEVƏ HƏSR OLUNUB
  • 13.06.2023 MİLLİ MƏCLİSDƏ QƏRBİ AZƏRBAYCANLA BAĞLI İCTİMAİ DİNLƏMƏ KEÇİRİLİB
  • 12.06.2023 “O DAĞLARIN SAZ-SÖZ ƏTRİ”
  • 07.06.2023 USTAD SƏNƏTKARLARIN XATİRƏSİ YAD OLUNUR
  • 07.06.2023 QƏRBİ AZƏRBAYCAN AŞIQLARINA DAİM DİQQƏT GÖSTƏRİLİR
  • 07.06.2023 “BƏHMƏN VƏ HUMAY XANIM”
  • 24.05.2023 ƏFSANƏVİ KEÇMİŞİMİZİ QÜRURLA GƏLƏCƏYƏ DAŞIYAN HEYRƏTAMİZ OĞUZNAMƏÇİ ŞAİR – AZƏR BUZOVNALI
  • 24.05.2023 ARİF BUZOVNALININ “OĞUZNAMƏ” ƏSƏRİ NƏŞR OLUNUB
  • 24.05.2023 MÜSABİQƏ QALİBLƏRİ MÜKAFATLANDIRILIB
  • 23.05.2023 “QƏRBİ AZƏRBAYCANDA AŞIQ SƏNƏTİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB
  • 15.05.2023 “SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI USTAD AŞIQ MURAD NİYAZLIYA HƏSR OLUNACAQ
  • 12.05.2023 AAB SƏDRİ YUBİLYARI VƏ TÜRKİYƏLİ QONAQLARI QƏBUL EDİB

Axtar

ƏN ÇOX OXUNANLAR

AŞIQLAR VƏTƏN MÜHARIBƏSINDƏ QƏLƏBƏMIZI TƏRƏNNÜM EDİR

AŞIQLAR VƏTƏN MÜHARIBƏSINDƏ QƏLƏBƏMIZI TƏRƏNNÜM EDİR

Alim, şair və ozan ömrünün yetkinlik zirvəsi

Alim, şair və ozan ömrünün yetkinlik zirvəsi

Heydər Əliyev və Azərbaycanın milli-mənəvi intibahı

Heydər Əliyev və Azərbaycanın milli-mənəvi intibahı

Videolar

  •  
    O taylı bu taylı yurdumuzun saz söz məclisi: Aşıq Altay Məmmədli - Bakı Aşıq Vədud Qaradağlı -Təbriz

    O taylı bu taylı yurdumuzun saz söz məclisi: Aşıq Altay Məmmədli - Bakı Aşıq Vədud Qaradağlı -Təbriz

FAYDALI LİNKLƏR

ha

prez

nk

mm

meh

haf

qht

Back to top
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ © 2017-2022 Bütün hüquqlar qorunur | ÜNVAN: Bakı ş. Zahid Xəlilov 38, 497-75-91 | email: [email protected]                Рейтинг@Mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • FOTOQALEREYA
  • VİDEO
  • ƏLAQƏ