“ÜÇ ƏSR KEÇSƏ DƏ...”
M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş tədbir keçirlib. Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecəni giriş sözü ilə muzeyin direktoru, Əməkar Mədəniyyət İşçisi Sevinc Mikayılova açıb. Sonra Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Əhliman Şirvanlı və Xalq artisti Rafiq Əzimov çıxış edərək Mola Pənah Vaqifi təkcə “pərvanə tək hüsnün çırağında”, “bir ala gözlünün sorağında” olan lirik şair kimi yox, həm də “gərdişi-dövranı gəcrəftardan” baş çıxaran tarixi şəxsiyyət kimi də xarakterizə ediblər. Qeyd olunub ki, realist poeziyamızın ilk nümunələrini qələmə alan böyük şairin həmin şeirləri ilə poeziya tariximizdə yeni bir dövr başlanılıb.