Expose Framework for Joomla 2.5 and 3.0+ -

PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • FOTOQALEREYA
  • VİDEO
  • ƏLAQƏ

“OZAN-AŞIQ ENSİKLOPEDİYASI”

Nəşr edilib 08.06.2020

Azərbaycanın dövlət müstəqilliyindən sonra aparılan məqsədyönlü fəaliyyətdə əsas istiqamətlərdən birini strateji hədəf olaraq xalqın milli-mənəvi mədəniyyəti sahəsində görülən böyük və gərəkli işlər təşkil edir. Tarixi kökləri etibarilə çox-çox qədimlərə bağlanan türk xalqları həm də böyük mədəniyyətin yaradıcıları kimi möhtəşəm təsəvvür formalaşdırır. Zəngin xalq yaradıcılığı, əzəmətli memarlıq tikililəri, cahanşümul dövlətçilik ənənələri, folkloru, tarixi, məişəti, ədəbiyyatı, musiqisi,  dili bunun danılmaz göstəricisidir. Çağdaş mərhələdə Azərbaycan dövlətinin yeritdiyi siyasət məhz bu zənginliyin dünyaya təqdim olunması məqsədini də daşıyır. Beynəlxalq səviyyədə keçirilən simpozium və konfranslar, müxtəlif səpkili sərgilərin təşkili, arxeoloji qazıntıların aparılması, folklor və etnoqrafik mədəniyyətin ayrı-ayrı nailiyyətlərinin təqdimi və s. bunun nümunəsidir. “Ozan-aşıq ensiklopediyası” ikicildliyinin nəşri (Bakı, Gənclik, 2019, 2020) də həmin böyük və gərəkli işlərin davamı kimi mükəmməl təsəvvür sərgiləyir. Azərbaycan Aşıqlar Birliyinin məqsədyönlü və həm də böyük əzmkarlıq fəaliyyətinin nəticəsi olaraq ortaya çıxan bu ensiklopediya xalqımızın mədəniyyət tarixinin mühüm istiqamətlərindən birinin  - ozan-aşıq mədəniyyətinin geniş və dolğun təqdimatına  yönəldilmişdir.

Ətraflı...

Yeni kitab nəşrləri

Nəşr edilib 04.06.2020

“Məndən elə nə qaldı”

   Bu günlərdə “Elm və Təhsil” nəşriyyatında Babaxan Niyazlının (Babayev Babaxan İşıq oğlu) “Məndən elə nə qaldı” adlı şeirlər  kitabı  işıq  üzü  görüb. Azərbaycan Aşıqlar  Birliyinin  nəşri olan  kitabı  çapa  hazırlayan  Sarvan Kərimov, redaktoru Azərbaycan  Aşıqlar  Birliyinin  sədri, filologiya elmlər doktoru, professor, Əməkdar  elm  xadimi Məhərrəm Qasımlı, rəyçiləri  isə Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı və filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlidir.

Ətraflı...

Novruz Bayramınız mübarək!

Nəşr edilib 18.03.2020

Azərbaycan Aşıqlar Birliyi xalqımızı və saz-söz içtimaiyyətini yazın-Yeni günün gəlişi münasibəti ilə ürəkdən təbrik edir! Qoy qarşıdan gələn işıqlı, aydın yaz günləri hər kəsin gözünü-könlünü isitsin! Hamımıza müjdələr gətirən sağlam və xoş günlər ömrümüzü bəzəsin!

Aşıqlar Birliyi

Dəmir Vəliyev (1972-2020)

Nəşr edilib 18.03.2020

Azərbaycan aşıq sənətinə ağır itki üz vermişdir!

Xalq arasında Koroğlu aşığı kimi şöhrət tapmış Aşıq Dəmir Vəliyev sıralarımızı vaxtsız tərk etmişdir.

Zəngin repertuara malik aşıq Dəmir Vəliyev klassik saz havalarının və dastanların dərin bilicisi idi. Ustad İmran Həsənov ifaçılıq  məktəbinin layiqli davamçısı olan bu istedadlı aşıq Koroğlu havalarının da bənzərsiz ifaçılarından biri kimi taninirdı. Bir çox beynəlxalq festivalların diplomantı olan Dəmir Vəliyevin audio və video ifaları tele-radio fondunun qızıl arxivində yer almışdır.

Ətraflı...

OSMAN ƏHMƏDOĞLU (Dərviş)

Nəşr edilib 18.03.2020

(1948-2020)

Borçalı aşıq mühitinin tədqiqinə, təbliğinə və türk dünyasında tanıdılmasına böyük əmək sərf etmiş görkəmli aşıqşünas Osman Əhməd oğlu Əfəndiyev ömrünün 72-ci ilində dünyasını dəyişmişdir. O, “Dərviş Osman”, “Osman Əfəndi” və “Osman Əhmədoğlu” imzası ilə çoxsaylı kitab və məqalələr yazaraq Borçalı aşıqlığına üz ağardan tarixi xidmət göstərmişdir.

Ətraflı...

AŞIQ ORUC ƏHMƏDOV - 100

Nəşr edilib 04.03.2020

Aşıq Oruc.jpgQÜDRƏTDƏN KAMAL PAYI ALAN SƏNƏTKAR

            Aşıq Oruc haqqında hələ ötən əsrin 80-ci  illərində eşitmişdim. Ancaq onu da səmimi deyim ki, Aşıq Orucun  İsmayıl Məmmədlinin atası olduğunu bu günlərdə “Bütöv Azərbaycan” (13.02.2020) qəzetində dərc olunmuş yazıdan  öyrəndim. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlinin qələmə aldığı “Ustad oğlu şagird olmaz” sərlövhəli yazıda  Aşıq Orucun  şəklini gördüm. Həmin məqalədə müəllifin də imza yerində fotosu verilmişdir. Ulu Dədə Qorquda  müdrikliyinə görə bir daha dönə-dönə  Göy Tanrıdan rəhmət dilədim.

Ətraflı...

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Nəşr edilib 26.02.2020

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Ətraflı...
  • Başa
  • Geri
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • İrəli
  • Sona

BÜTÜN XƏBƏRLƏR

  • 05.03.2021 USTAD AŞIĞIN YENİ KİTABI NƏŞR OLUNUB
  • 02.03.2021 DASTANLAR YENİ TƏQDİMATDA
  • 19.02.2021 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
  • 19.02.2021 “Bu böyük qiymətə və qədirşunaslıq dəyərləndirməsinə görə Azərbaycan Aşıqlar Birliyi və geniş saz-söz ictimaiyyəti adından cənab prezidentə təşəkkürümüzü bildiririk”
  • 18.02.2021 Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 10.02.2021 Aşıqlar Birliyi tərəfindən hazırlanmış növbəti audiodisk işıq üzü görüb
  • 04.02.2021 Ustad aşıq Əkbər Cəfərovun ifalarından ibarət disk buraxılıb
  • 01.02.2021 “Ozan” elm və sənət toplusunun dördüncü buraxılışı işıq üzü görüb
  • 29.01.2021 AŞIQ ƏLƏSGƏRİN LİRİK ŞEİRLƏRİNDƏN İBARƏT YENİ KİTAB NƏŞR OLUNUB
  • 14.01.2021 “Minlərlə gənclərimizin orduya yazılmasında Tovuz hadisələrinin müstəsna rolu oldu”
  • 06.01.2021 Məhərrəm Qasımlı: “Nizami Gəncəvi İli”nin elan edilməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır
  • 30.11.2020 “AŞIQ DƏRSLƏRİ” SERİYASINDAN İLK DİSK İŞIQ ÜZÜ GÖRÜB
  • 30.11.2020 “AZƏRBAYCAN AŞIQ POEZİYASI”
  • 30.11.2020 ORDUMUZUN QƏLƏBƏSİNƏ HƏSR OLUNMUŞ YENİ LAYİHƏ
  • 13.11.2020 “Bu qələbədən sonra “Gəlirəm, Şuşam, gəlirəm!”, “Yolum gedir Zəngilana” kimi aşıq havaları yarandı...”
  • 10.11.2020 GÖZÜN AYDIN, AZƏRBAYCAN!
  • 10.11.2020 Məhərrəm Qasımlı: Bu günləri bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm
  • 05.11.2020 AŞIQ SOLMAZ KOSAYEVANIN YENİ DİSKİ İŞIQ ÜZÜ GÖRÜB
  • 27.10.2020 “Ustad nəfəsli saz-söz ərməğanı” adlı kitab çapdan çıxıb
  • 06.10.2020 AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ SİLAHLI QÜVVƏLƏRƏ YARDIM FONDUNA VƏSAİT KÖÇÜRÜB
  • 06.10.2020 “TALISTAN” AŞIQLAR ANSAMBLI YARADILIB
  • 06.10.2020 AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİNƏ HAZIRLIQ GÖRÜLÜR
  • 25.09.2020 “SAZ-SÖZ AXŞAMI” YENİDƏN EFİR MƏKANINDA
  • 23.09.2020 AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ LAYİHƏYƏ START VERİLİB
  • 07.09.2020 Azərbaycan Aşıqlar Birliyi tərəfindən daha üç audiodisk buraxılıb - FOTO
  • 28.07.2020 USTAD AŞIQ MAHMUD MƏMMƏDOV (1935– 2020)
  • 19.06.2020 MAYİS GƏNCƏLİ (1947-2020)
  • 18.06.2020 “AŞIQ GÖZƏLLƏMƏLƏRİ”
  • 08.06.2020 “OZAN-AŞIQ ENSİKLOPEDİYASI”
  • 04.06.2020 Yeni kitab nəşrləri

Axtar

ƏN ÇOX OXUNANLAR

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Minlərlə gənclərimizin orduya yazılmasında Tovuz hadisələrinin müstəsna rolu oldu”

“Minlərlə gənclərimizin orduya yazılmasında Tovuz hadisələrinin müstəsna rolu oldu”

Məhərrəm Qasımlı: “Nizami Gəncəvi İli”nin elan edilməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır

Məhərrəm Qasımlı: “Nizami Gəncəvi İli”nin elan edilməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır

Videolar

  •  
    2021.02.06 Saz söz axşamı (Abdulla və Cahan dastanı)

    2021.02.06 Saz söz axşamı (Abdulla və Cahan dastanı)

FAYDALI LİNKLƏR

ha

prez

nk

mm

meh

haf

qht

Back to top
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ © 2017 Bütün hüquqlar qorunur | ÜNVAN: Bakı ş. Zahid Xəlilov 38, 497-75-91 | email: [email protected]                Рейтинг@Mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • FOTOQALEREYA
  • VİDEO
  • ƏLAQƏ