Expose Framework for Joomla 2.5 and 3.0+ -

PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • FOTOQALEREYA
  • VİDEO
  • ƏLAQƏ

“NÖVRƏS İMANIN DASTAN-HEKAYƏTİ”

Nəşr edilib 30.09.2019

Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri işıq üzü görüb. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Növrəs İmanın dastan-hekayəti” adlı bu kitab XX əsr Azərbaycan aşıq sənətinin görkəmli simalarından olan Növrəs İmanın (1901-1953) bəzən rəvayətlərə çevrilmiş ömür və sənət yolu barədə el arasında, eləcə də, Göyçə, Kəlbəcər, Şəmkir, Tovuz, Gəncə, Qazax, Borçalı və Tiflis bölgələrindəki aşıq çevrələrində mövcud olan epik və poetik mətnləri özündə cəmləşdirir və bir çox yeni faktları və təqdimatları ortaya çıxarmağa imkan verir.

Ətraflı...

“Cağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” kitabı təqdım olunub

Nəşr edilib 30.09.2019

Bakı, 27 sentyabr, AZƏRTAC

Rəşid Behbudov adına Mahnı Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” kitabının təqdimatına həsr olunmuş tədbir keçirilib. Xatırladaq ki, bu ilin yazında Azərbaycan Prezidenti İlham Əliyev digər yaradıcılıq təşkilatları ilə yanaşı, Azərbaycan Aşıqlar Birliyinə də maliyyə yardımı ayırıb və təqdim olunan kitab da məhz bu yardım sayəsində işıq üzü görüb.

Ətraflı...

Türkiyəli aşıqşünaslar Aşıqlar Birliyinin qonağı olmuşlar

Nəşr edilib 27.09.2019

Azərbaycan aşıq sənətinə dair dəyərli araşdırmaları olan prof. dr. Eyub Akman (Kastamonu universiteti), eləcə də dr. Əziz Gökcə və dr. Hülya Gökcə (Ankara, Bəyazid Universiteti) 27 sentyabrda Aşıqlar Birliyində qonaq olmuşlar.

Ətraflı...

Faiq QİSMƏTOĞLU: HƏR SAZ ÇALAN AŞIQDIRMI?!

Nəşr edilib 27.09.2019

... İndi kimə selbə atırsan ya gedir "aşığa” dəyir, ya gedir "müğənniyə” dəyir, ya da gedir "jurnalistə” dəyir. Bu sözləri dırnaq arasına ona görə alırıq ki, hər yerindən duran, hər əlinə saz alan, hər əli qələm tutan, hər mikrafon götürən özünü aşıq, müğənni, jurnalist adlandırır. Hansı ki, bu üç sənətin hər biri çox müqəddəs, çox da tarixi bir peşədir. Yəni hər üçü uzun illərin sınağından, süzgəcindən keçib bu günümüzə gəlib çatıb...

Ətraflı...

MAHNI TEATRINDA NÖVBƏTİ TƏDBİR KEÇİRİLƏCƏK

Nəşr edilib 23.09.2019

2019-cu il sentyabrın 26-da R.Behbudov adına Mahnı Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı növbəti tədbir keçiriləcək. Tədbir bu ilin yazında Azərbaycan Aşıqlar Birliyi tərəfindən hazırlanaraq nəşr olunmuş “Cağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” kitabının təqdimatına həsr olunur.

Ətraflı...

Aşıq sənətinə dəyərli töhfə

Nəşr edilib 19.09.2019

Azərbaycan Aşıqlar Birliyi zaman-zaman ustad sənətkarlara həsr olunmuş xatirə-yubiley gecələri, eləcə də əlamətdar günlərdə müəyyən konsert proqramları təşkil etməklə bərabər, bir-birindən dəyərli kitablar, sanballı əsərlər nəşr etdirməyi də öz çoxşaxəli fəaliyyətinə daxil etmişdir. Həmin kitablardan biri də oxucuların ixtiyarına verilən “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” adlı toplama-çap işidir. Əvvəlcə onu deyim ki, bu kitabı ilk dəfə ələ alanda qeyri-ixtiyari olaraq “Azərbaycan aşıqları və el şairləri” adlı ikicildlik antologiyanı xatırladım. Çünki hazırkı antologiya da əvvəlki ikicildliyin davamı kimi aşıq sənətində poetik ənənənin xronoloji ardıcıllığını izləməyə imkan verir. Necə ki, bu gün hər hansı klassik sənətkarın şeir yaradıcılığı ilə əlaqədar “Azərbaycan aşıqları və el şairləri” antologiyasına istinad ediriksə, bir zaman da bizim dövrdə yaşayan aşıqların poetik irsi ilə bağlı gələcək nəsillər məhz “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası”ndan bəhrələnəcəklər. Bu mənada haqqında danışdığımız toplama işi əvəzsiz dərəcədə qiymətlidir və bu tipli nəşrlər gələcəkdə də davam etməlidir.

Ətraflı...

“Elə bil o kresloda təkcə mən yox, həm Hüseyn Arif, həm də Zəlimxan Yaqub oturub...”

Nəşr edilib 13.09.2019
Moderator.az Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlıyla müsahibəni təqdim edir. 

- Məhərrəm müəllim, “Ozan Aşıq Ensiklopediyası”nı çapa hazırladığınızı deyirsiniz. Bu nə vaxta hazır olar?
 
- Təxminən oktyabr və noyabr aylarında ərsəyə gəlməsi planlaşdırılır. “Ozan Aşıq Ensiklopediyası” iki cilddən ibarət min beş yüz səhifəlik bir kitab olacaq. Bizdə ilk dəfədir ki, belə bir ensiklopediya hazırlanır. Hazırda böyük iş gedir. Baş redaktor özüməm, müavinim Mahmud Abdurrahmanlıdır. İşçi qrupunun üzvləri isə İradə Köçərli, Kamilə Dadaşzadə, Elxan Məmmədov və digər yoldaşlardır.
Ətraflı...
  • Başa
  • Geri
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
  • 48
  • İrəli
  • Sona

BÜTÜN XƏBƏRLƏR

  • 29.12.2025 CƏFƏR XAKİPUR AAB-NİN QONAĞI OLUB
  • 12.12.2025 USTAD AŞIQ SƏDAQƏT RƏSULOVU DA İTİRDİK
  • 12.12.2025 USTAD SƏNƏTKAR AŞIQ YAŞAR MƏHƏRRƏMOV HAQQA QOVUŞDU
  • 02.12.2025 AŞIQ MÜSLÜM ƏSGƏRİ VƏFAT EDİB
  • 24.11.2025 AŞIQ DEHQAN VƏFAT EDİB
  • 23.10.2025 USTAD AŞIQ MAHMUD MƏMMƏDOVA HƏSR OLUNMUŞ KİTABIN TƏQDİMATI OLUB
  • 01.10.2025 “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” kitabının təqdimatı olub
  • 24.09.2025 “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” kitabının təqdimatı olub
  • 19.09.2025 USTAD AŞIQ MAHMUD HAQQINDA KİTAB NƏŞR OLUNUB
  • 08.09.2025 Sənin alın yazındı bu Vətən...
  • 08.09.2025 “QƏRBİ AZƏRBAYCAN AŞIQLARININ DASTAN REPERTUARI”
  • 02.09.2025 Bolnisidə xalq şairi Zəlimxan Yaqubun 75 illiyi qeyd olunub
  • 14.08.2025 “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” kitabı çap olunacaq
  • 23.07.2025 “Qərbi Azərbaycan aşıqların dastan repertuarı” adlı kitab hazırlanır
  • 09.07.2025 “OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN YENİ SAYI İŞIQ ÜZÜ GÖRÜB
  • 24.06.2025 AAB-nin SUMQAYIT REGİONAL BÖLMƏSİNDƏ AŞIQLARIN KONSERTİ OLUB
  • 20.06.2025 Aşıq Ulduz Quliyeva Mədəniyyət Nazirliyinin Fəxri diplomu ilə təltif olunub
  • 12.06.2025 “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihəyə başlanılıb
  • 27.05.2025 AŞIQLAR BİRLİYİ NİYƏ HƏLƏ DƏ KİRAYƏDƏ YAŞAYIR?- LAQEYDLİK
  • 22.05.2025 Babaların əmanətini əsrin saxlancında qoruyaq
  • 06.05.2025 Azərbaycan Aşıqlar Birliyində yeni layihənin icrasına hazırlıq işləri görülür
  • 30.04.2025 “Saz üstündə köklənmişəm...”
  • 21.04.2025 “Zəlimxan nə desə saz dilindədi...” adlı kitab işıq üzü görüb
  • 10.04.2025 "Arif Acaloğlu: Uzaq yolların adamı"
  • 01.04.2025 “Aşıq dastanları”nın 3-cü cildi işıq üzü görüb
  • 28.03.2025 USTAD AŞIQ MAHMUD MƏMMƏDOVUN 90 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ
  • 21.03.2025 TANINMIŞ FOLKLORŞÜNAS ALİM, ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ ELXAN MƏMMƏDLİ VƏFAT EDİB
  • 19.03.2025 NOVRUZ TƏBRİKİ
  • 19.03.2025 ALMANİYADAKI TÜRK İŞ ADAMI AAB-nin QONAĞI OLUB
  • 17.03.2025 AAB-NİN SUMQAYIT REGİONAL BÖLMƏSİNİN OFİSİNİN AÇILIŞI OLUB

Axtar

ƏN ÇOX OXUNANLAR

AŞIQLAR BİRLİYİ NİYƏ HƏLƏ DƏ KİRAYƏDƏ YAŞAYIR?- LAQEYDLİK

AŞIQLAR BİRLİYİ NİYƏ HƏLƏ DƏ KİRAYƏDƏ YAŞAYIR?- LAQEYDLİK

Babaların əmanətini əsrin saxlancında qoruyaq

Babaların əmanətini əsrin saxlancında qoruyaq

Aşıq sənətinin uğurları və qayğıları

Aşıq sənətinin uğurları və qayğıları

Videolar

  •  
    O taylı bu taylı yurdumuzun saz söz məclisi: Aşıq Altay Məmmədli - Bakı Aşıq Vədud Qaradağlı -Təbriz

    O taylı bu taylı yurdumuzun saz söz məclisi: Aşıq Altay Məmmədli - Bakı Aşıq Vədud Qaradağlı -Təbriz

FAYDALI LİNKLƏR

ha

prez

nk

mm

meh

haf

qht

Back to top
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ © 2017-2022 Bütün hüquqlar qorunur | ÜNVAN: Bakı ş. Zahid Xəlilov 38, 497-75-91 | email: [email protected]                Рейтинг@Mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • FOTOQALEREYA
  • VİDEO
  • ƏLAQƏ