AŞIQ SOLMAZ KOSAYEVANIN YENİ DİSKİ İŞIQ ÜZÜ GÖRÜB

Azərbaycan Aşıqlar Birliyi tərəfindən hazırlanmış növbəti audiodisk işıq üzü görüb. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ildə Azərbaycan Aşıqlar Birliyinin inkişafına dəstək məqsədi ilə ayırdığı vəsait hesabına hazırlanaraq “Nurlu sabah” MMC tərəfindən ərsəyə gətirilən bu audioalbomda Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayevanın ifaları yer alıb.