AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ TƏYİNATLAR

Azərbaycan Aşıqlar Birliyində bölgələrdə yaşayan aşıqların fəaliyyətinə daim böyük diqqət yetirilir, onların yaradıcılıqlarının inkişafına hərtərəfli dəstək göstərilir. Bölgələrlə işin daha səmərəli təşkili üçün bu günlərdə daha bir uğurlu addım atılıb. 2022-ci il iyun ayının 2-də Birliyin Gəncəbasar və Qazax-Ağstafa-Tovuz filiallarında AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının, regional mədəniyyət idarələrinin, yerli icra strukturlarının təmsilçilərinin və aşıqların iştirakı ilə keçirilən toplantılarda bölgələrdə aşıq sənətinin inkişafı və qarşıda duran vəzifələr müzakirə olunub, AAB-nin hər iki filialında təşkilati məsələlər müzakirə olunaraq, yeni təyinatlar həyata keçirilib.