Görkəmli söz ustası Aşıq Pənahın 90 illik yubileyi qeyd edilib

Oktyabrın 25-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Pənahın anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aşığın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. AAB-nin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı XX əsr aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşıq Pənahın təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da tanındığını bildirib.

Azərbaycan Dövlət Filarmoniyasında “Çiçəklənən, ana yurdum” adlı konsert proqramı təqdim olundu

Oktyabrın 8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə hərs olunmuş “Çiçəklənən, ana yurdum” adlı konsert proqramı təqdim olundu. Konsert Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilirdi.

Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibəti ilə aşıqların konserti keçiriləcək

Bakı. Fərid Mirzəyev – APA. Oktyabrın 8-də M. Maqomayev adına Filarmoniyada Mədəniyyət və Turizm nazirliyi ilə Azərbaycan Aşıqlar Birliyinin birgə təşkil etdikləri “Çiçəklən, ana yurdum” adlı tədbir keçiriləcək. Aşıqlar Birliyindən APA-ya verilən məlumata görə, tədbir Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunur. Tədbirdə respublikanın müxtəlif bölgələrini təmsil edən aşıqlar geniş konsert proqramı ilə çıxış edəcək.

Azərbaycan aşıqları Türkiyədə simpoziumda iştirak ediblər

Bakı, 28 sentyabr, Zərəngiz Mansurova, AZƏRTAC

Türkiyənin Qars şəhərində Dünya Qarapapaq Türkləri Birliyinin təşkilatçılığı ilə “Türk dünyası aşıqlıq sənəti” simpoziumu və mədəniyyət şənliyi keçirilib. Bu möhtəşəm tədbirə Azərbaycan Aşıqlar Birliyinin (AAB) təmsilçiləri də qatılıb. Birliyin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, tədbirdə AAB-nin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərliyi ilə “Çeşmə” folklor qrupu və Əməkdar Mədəniyyət İşçisi Solmaz Kosayeva da iştirak ediblər.

Gənc aşıqların diski təqdim olundu

Sentyabrın 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə “Misri” - gənc aşıqların səs incisi” adlı audio diskin təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək aşıq sənətinin hazırkı inkişaf mərhələsindən söz açıb.

Bakıda “Misri”- gənc aşıqların səs incisi” adlı audio diskin təqdimatı olub

Bakı, 5 sentyabr, AZƏRTAC

Sentyabrın 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə “Misri” - gənc aşıqların səs incisi” adlı audio diskin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək aşıq sənətinin hazırkı inkişaf mərhələsindən söz açıb.

Azərbaycan aşıqları beynəlxalq folklor festivalına qatılacaq

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində iyulun sonu, avqustun əvvəllərində keçiriləcək VII “Dağlılar” Beynəlxalq folklor və ənənəvi mədəniyyət festivalında Azərbaycan aşıqları da iştirak edəcək. Azərbaycan Aşıqlar Birliyindən (AAB) AZƏRTAC-a verilən məlumata görə 12 nəfərdən ibarət nümayəndə heyətimiz artıq Mahaçqalaya yola düşüb. AAB-nin katibi Məhəmmədəli Məşədiyevin rəhbərlik etdiyi nümayəndə heyətinə aşıqlardan Əməkdar Mədəniyyət İşçisi Haşım Balasıyev, Qələndər Zeynalov, Dəmir Vəliyev, Nəbi Nağıyev,

Aşıqlarımız Mahaçqalada keçirilən "Dağlılar" Beynəlxalq folklor və ənənəvi mədəniyyət festivalında...

Son zamanlar Azərbaycan aşıqlarının mütəmadi olaraq xarici ölkələrdə qastrol səfərləri təşkil edilir. Daha bir beynəlxalq festivalda aşıqlarımız Azərbaycan mədəniyyətini təmsil edəcək. Bu barədə "Bakı-Xəbər"ə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin (AAB) katibi, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, 10 nəfərdən ibarət nümayəndə heyəti artıq Rusiya Federasiyasının Dağıstan Respublikasına yola düşüb.

Aşıqlarımız Xorvatiyada beynəlxalq festivalda iştirak ediblər

Şirvan aşıq mühitinin yetirmələri olan bir qrup aşıq Xorvatiyanın Zaqreb şəhərində artıq 50-ci dəfə keçirilən beynəlxalq folklor musiqisi festivalında ölkəmizi layıqıncə təmsil ediblər. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı AZƏRTAC-a bildirib ki, aşıqlarımız Azərbaycan mədəniyyətini, qədim tarixə malik olan aşıq sənətimizi layiqincə təmsil edərək Vətənə dönüblər.

3 -dən səhifə 4