PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Aşıqlarımız Xorvatiyada beynəlxalq festivalda iştirak ediblər

Şirvan aşıq mühitinin yetirmələri olan bir qrup aşıq Xorvatiyanın Zaqreb şəhərində artıq 50-ci dəfə keçirilən beynəlxalq folklor musiqisi festivalında ölkəmizi layıqıncə təmsil ediblər. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı AZƏRTAC-a bildirib ki, aşıqlarımız Azərbaycan mədəniyyətini, qədim tarixə malik olan aşıq sənətimizi layiqincə təmsil edərək Vətənə dönüblər.

Bildirib ki, qurumun beynəlxalq məsələlər üzrə katibi, Əməkdar İncəsənət Xadimi Sənubər Bağırovanın rəhbərlik etdiyi qrupa Şirvan aşıqlarından - Ağamurad İsrafilov, Vüqar Mahmudoğlu və Əli Tapdıqoğlu daxil olub. Onları Qənimət Qədirov, Baxış Binyətov (balaban), Şöhrət Əliyev (nağara) və Şəmsi Fətəliyev müşayiət ediblər.
Zaqreb şəhərində keçirilən dördgünlük festivalda ölkəmizi layiqincə təmsil edən aşıqlarımızın çıxışı yerli tamaşaçıların böyük rəğbətini qazanıb.

Xorvatiyalılar qarşısında üç dəfə müxtəlif proqramlarla çıxış edən nümayəndə heyətinin üzvləri fəxri diploma layiq görülüblər.