PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibəti ilə aşıqların konserti keçiriləcək

Bakı. Fərid Mirzəyev – APA. Oktyabrın 8-də M. Maqomayev adına Filarmoniyada Mədəniyyət və Turizm nazirliyi ilə Azərbaycan Aşıqlar Birliyinin birgə təşkil etdikləri “Çiçəklən, ana yurdum” adlı tədbir keçiriləcək. Aşıqlar Birliyindən APA-ya verilən məlumata görə, tədbir Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunur. Tədbirdə respublikanın müxtəlif bölgələrini təmsil edən aşıqlar geniş konsert proqramı ilə çıxış edəcək.

Tədbirdə “Misri”, “Çeşmə” və “Laçın” folklor qrupları, Kəlbəcər aşıqlar ansamblı, Əhliman Rəhimov, Ağamurad İsrafilov, Samirə Əliyeva, Nemət Qasımlı və digər aşıqlar çıxış edəcəklər.