PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Professor M.Qasımlı Türkiyədə elmi konfransda iştirak edib

2017-ci il  oktyabr  9-11-də  Türkiyənini  Qars  şəhərində  “I Uluslararası  Kafkasya  halk  kültürü”  adlı  elmi  konfrans  kecirilib. Qarsdakı  Qafqaz  universitetinin  təşkilatçılığı  ilə  keçirilən  konfransda  türk  alimləri  ilə  yanaşı,  Azərbaycan,  Gürcüstan,  Rusiya,  Fransa,  İran,  Qazaxıstan,  Özbəkistan  və  digər  ölkələrdən  gəlmiş  alimlər  elmi  məruzələrlə  çıxış  ediblər.

Konfransı  Qars  Qafqaz  universitetinin  rektoru,  professor  Sami  Özcan  açıb.  Azərbaycandan  bir  sıra  alimlərin  də  qatıldığı  konfransın     plenar     iclasında  Azərbaycan  Aşıqlar  Birliyinin  sədri,  Əməkdar  Elm  Xadimi,  professor  Məhərrəm  Qasımlı ”Aşıqlıq  ənənəsinin  Qafqaz  mədəniyyətində  əhəmiyyəti”  adlı  məruzə  ilə  çıxış  edib.  Plenar  iclas  aşıqların  maraqlı  və  rəngarəng  çıxışları  ilə  sona  çatıb.  Ankara  Dövlət  Türk  Xalq  Musiqi  xoru  və  ansamblı,  Gürcüstanın  “Axısxa”  rəqs  qrupu  və  cənubi  Azərbaycandan  olan  mahir  saz  ifacısı  və  tədqiqatçı  Çingiz  Mehdipurun  rəhbərlik  etdiyi  “Dalğa”  qrupunun  çıxışı  böyük  rəğbətlə  qarşılanıb.
   Sonra  konfrans  öz  işini  bölmələr  üzrə  davam  etdirib.  Bölmələrdən  birinə  rəhbərlik  edən  professor  M.Qasımlı  eyni  zamanda  “Aşıq  ədəbiyyatının  milli və  tarixi  özəlliyi”  mövzusunda  məruzə  ilə  də  çıxış  edib.

Musa  Nəbioğlu