PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“ Taleyimdən və ürəyimə keçənlər”

Azərbaycan elmi ictimaiyyətinin və saz-söz adamlarının görkəmli alim, aşıq sənətinin bilicisi kimi tanıdığı Əməkdar Elm Xadimi, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı həm də könüllər oxşayan şeirlər müəllifidir. Poeziya həvəskarları onu şair Orxan Paşa kimi tanıyır və şeirlərini sevə-sevə oxuyurlar. Yeri gəlmişkən qeyd edək ki, Orxan Paşanın şeirləri gürcü dilinə də tərcümə olunaraq ötən il Tbilisidə kitab halında nəşr olunmuşdur.

Bu günlərdə isə Orxan Paşanın - Məhərrəm Qasımlının yeni bir kitabı işiq üzü görüb. Bakıda “Elm və Təhsil” nəşriyyatında yüksək poliqrafik tərtibatla nəşr olunan kitab “Taleyimdən və ürəyimdən keçənlər” adlanır.

İndiyədək elmi əsərləri və şeir kitabları ilə daha çox tanınan müəllifin bu kitabında həyati müşahidələrdən gələn xəlqi ümumiləşdirmələr, ədəbi-estetik dəyərləndirmələr, sətiraltı eyhamlar, xatirələr və s. yer alır.
“İllər boyu ürəyimdən və taleyimdən keçənlərin bir qismini xırda qeydlər, bəzən də gündəlik düşüncələr şəklində yazıya almışam”, - deyən müəlif eyni zamanda onu da vurğulayır ki, “qələmə aldığım mətnlərin janr səciyyəsini müəyyənləşdirməkdə, hansı janrın əlamətlərini daşıdığını söyləməkdə çətinlik çəkirəm.”
Müəllif yazdıqlarının hansı janra aid olduğunu deməkdə çətinlik çəksə də, onun nə demək istədiyini anlamaqda oxucu çətinlik çəkmir. Çünki yazdıqlarının hamısı həyatın özündən gələn, hər gün rastlaşdığımız həyat lövhələrinin bədii-publisistik təsviridir.
Kitabda diqqəti çəkən bir məqam da odur ki, elmi fəaliyyəti aşıq sənətinin tədqiqinə həsr olunmuş M.Qasımlı - Orxan Paşa bu kitabında da xalqımızın bu ölməz sənətinə, onun daşıyıcılarına geniş, yer verib, ustad sənətkarlarla bağlı xatirələrini də qələmə alıb.
İnanırıq ki, Orxan Paşanın bu kitabı da geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaqdır.

Musa Nəbioğlu