PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Gənc aşıqlarla bağlı yeni layihə

Azərbaycan Aşıqlar Birliyi hər zaman gənc aşıqlara böyük qayğı göstərir. Tez-tez gənclərin konsertləri təşkil olunur, ifalarından ibarət diskləri buraxılır, onların müxtəlif dövlət tədbirlərində çıxış etmələrinə şərait yaradılır. Bu günlərdə gənc aşıqlarla bağlı yeni bir layihə reallaşdırılacaq.

Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı bildirib ki, yaxın günlərdə AzTV-nin “Mədəniyyət” kanalı ilə birgə layihə əsasında 20 nəfərdən çox gənc aşığın ifası televiziyanın səsyazma studiyasında lentə alınaraq radionun fonduna daxil ediləcək.
Musa Nəbioğlu