PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“44 günlük Vətən müharibəsində də bayrağımız qeyrətçiliyimizin simvolu idi...”

“Milli bayraq həm dövlətin, həm də hər bir vətəndaşın başucalığıdır, qürurudur. Bu mənada Azərbaycan bayrağı şübhəsiz paytaxt Bakıda dalğalanan zaman bütün dünyaya mesaj verir ki, mən bir dövlətəm. Amma bayrağımız bu gün Gəncəmizə də, Lənkəranımıza da, Qubamıza da, Naxçıvanımıza da qürur verir. Ona görə qürur verir ki, o Şuşada dalğalanır”.

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib. M.Qasımlı bayram münasibətilə xalqımızı təbrik edib:

  1602658548

“Şuşada dalğalanan bayraq həm də bizim ordakı dalğalanan qeyrətimizdir, ürəyimizdir. Bu məqamda Şuşada dalğalanan bayrağımızın həqiqətən çox böyük tarixi anlamı var. Bu günki Dövlət Bayrağı Günü bizə sayı-hesabı bilinməyən bayram əhval-ruhiyyəsi verir, çünki üçrəngli bayrağımız Bakıdan dikəlib və Şuşaya qədər gedib çıxıb. Şuşada da Bakının yolunu göstərir. Bu o deməkdir ki, bayrağımızın da, ürəyimizin də dalğalandığı yer Bakıdır, Azərbaycan dövlətçiliyidir və Şuşada bayrağımızın dalğalanması bizim üçün unudulmaz bir məqamdır.

44 günlük Vətən müharibəsində bayrağımız Azərbaycan milli-mənəvi varlığının, dövlətinin və Azərbaycan qeyrətçiliyinin simvolu idi. Əsgərlərimiz hansı ərazini düşməndən azad edirdisə, ora üçrəngli bayrağımızı taxıb, bayraqla bərabər öz qeyrətlərini, döyüşkənliklərini, dövlətimizin yenilməzliyini göstərirdilər. Şəhid olan əsgərlərimizin belə sinəsində bayraq var idi. Çünki onlar o bayrağa bükülüb dəfn edilirdi. Bu mənada onları Şuşaya aparan bayrağın da çox müqəddəs mənası var. Bu müqəddəsliyi hər gün, hər saat böyüyən bütün nəsillər də hiss etməlidir və inşallah belə də olacaq. Yeni doğulan körpələrimiz də böyüyüb qəhrəman şəhidlərimiz kimi bayrağımızı ucalardan uca tutacaqlar. Mən Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edirəm”. 

Vasif Əlihüseyn