PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“Ozan –aşıq ensiklopediyası” nəşrə hazırlanır

Azərbaycan Aşıqlar Birliyində uzun müddətdən bəri üzərində iş gedən “Ozan-aşıq ensiklopediyası” tamamlanmaq üzrədir. Təqribən 1500 səhifə həcmində olan bu nəhəng həcmli ensiklopediyanın baş redaktoru Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır. Ensiklopediyanın yaradıcı heyəti prof. Mahmud Allahmanlı, sənətşünaslıq doktoru, prof. İradə Köçərli, Əməkdar incəsənət xadimi prof. Kamilə Dadaşzadədir.

Ozan-aşıq sənəti ilə bağlı zəngin qaynaqları, elmi-nəzəri bilgiləri, portret oçerklərini, eləcə də arxiv sənədlərini, not yazılarını əhatə edən geniş şəbəkəyə malik zəngin informasiyalı ensiklopediyanın ilin sonlarına qədər iki cild halında oxuculara təqdim olunması nəzərdə tutulur.