PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“Azərbaycan aşıq ədəbiyyatı “ kitabı işıq üzü görmüşdür

Əməkdar elm xadimi, Dövlət mükafatı lauretı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının uzun illərdən bəri üzərində çalışaraq ərsəyə gətirdiyi “Azərbaycan aşıq ədəbiyyatı” kitabı bu günlərdə “Şərq-Qərb” nəşriyyatında işıq üzü görmüşdür.

Azərnbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr olunan bu sanballı əsər aşıq sənətinin milli tarixi səciyyəsi,ustad aşıqların ömür və sənət yolu barədə çoxsaylı elmi oçerklərdən ibarətdir. Görkəmli alimin bu kitabı hazırlamaqda əsas məqsədi Azərbaycan aşıq ədəbiyyatının milli özünəməxsusluğu və tarixi inkişaf mərhələləri barədə oxuculara dolğun bilgi verməkdir.Əsər elmi ictimaiyyət,söz-sənət və tədris sistemi üçün nəzərdə tutulur.Kitabın redaktoru professor Mahmud Allahmanlı, rəyçisi fəlsəfə doktoru,dosent Tinatin Məmmədovadır.