PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

GƏNCƏ ŞƏHƏRİNDƏ “DƏDƏ ŞƏMŞİR – SAZ-SÖZ BAYRAMI” KEÇİRİLİB

Azərbacan Aşıqlar Birliyi, Kəlbəcər rayon İcra hakimiyyəti və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin anadan olmasının 126-cı ildönümü münasibətilə Gəncə şəhərində “Dədə Şəmşir – saz-söz bayramı” keçirlib. Tədbir iştirakçıları əvəlcə görkəmli sənətkarın Göygöl rayonundakı büstünü ziyarət ediblər.

IMG_6166-19-03-19-12-50.jpgSonra Göygöl şəhərində ustad sənətkarın adını daşıyan musiqi məktəbində XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar İncəsənət Xadimi Dədə Şəmşirin xatirəsinə həsr olunmuş Yeniyetmə Aşıqların Müsabiqəsi keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Aşıqlar Birliyi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İçtimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən müsabiqədə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən yeniyetmə gənc aşıqlar iştirak ediblər. 50-dən çox gənc aşığın qatıldığı tədbirdə Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Laçın, Şirvan, Göygöl və Kəlbəcər bölgələri təmsil olunub. Yeniyetmə gənclər klassik saz havaları üstündə Dədə Şəmşirin sözlərini səsləndiriblər. Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, ustad aşıqlar-Əməkdar Mədəniyyət işçisi Mais Gəncəli, Fətulla Göyçəli, Əhliman Kəlbəcərli və digər ustad sənətkarların münsiflik etdiyi müsabiqə uğurla yekunlaşdırılmış, qaliblər mükafatlandırılmışlar.
IMG_6168-19-03-19-12-50.jpgSonra tədbir Gəncə şəhərində yerləşən Kəlbəcər rayon Mədəniyyət Evində davam etdirilib. Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı çıxış edərək ustad sənətkar Dədə Şəmşirin Azərbaycan ədəbiyyatında və aşıq sənətindəki yeri və mövqeyi haqqında danışıb. Natiq qeyd edib ki, Dədə Şəmşir qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl, müxəmməs və s. şeir formalarında əsərlər yazmış, eyni zamanda bir neçə dastanın da müəllifidir. Onun 40-dan artıq şəyirdi olmuşdur. Dədə Şəmşirin böyük bir aşıq məktəbinin yaradıcısı olduğunu bildirən M.Qasımlı vurğulayıb ki, bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Ənvər Rza, Məmməd Aslan, Sücaət kimi görkəmli şairlərin yetişməsinə zəmin yaradıb.
Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı Aqil Məmmədov bu cür tədbirlərin əhəmiyyətindən bəhs edərək, dövlətimizin incəsənətin digər sahələri ilə kimi aşıq sənətinə də verdiyi yüksək qiymətdən danışıb.
IMG_6200-19-03-19-12-50.jpg“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov tədbir iştirakçılarını İctimai Birliyin sədri, Dədə Şəmşirin övladı Qənbər Şəmşiroğlunun adından salamlayıb. O bildirib ki, ötən il Dədə Şəmşirin 125 illik yubileyi ölkə miqyasında qeyd edilib, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2 aprel 2018-ci il tarixində sərəncam imzalayıb. Bu sərəncamı Dədə Şəmşirə, bütünlükdə saz-söz sənətinə verilən yüksək qiymət kimi dəyərləndirən natiq xüsusi vurğulayıb ki, Ulu öndər Heydər Əliyev də ustad sənətkarın ədəbi-bədii irsinə yüksək qiymət vermiş, hələ 1973-cü ildə böyük sənətkarın 80 illik yubileyinin keçirilməsi ilə bağlı qərar vermişdir. 2003-cü il iyul ayının 5-də isə Heydər Əliyev “Aşıq Şəmşirin 110 illik yubileyinin keçirilməsi haqqqında” sərəncam imzalamışdır. Sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verilib və büstü ucaldılıb. Həbib Misirov təəssüf hissi ilə qeyd edilib ki, bu gün görkəmli sənətkarın məzarı doğma Kəlbəcərdə erməni girovluğundadır. Erməni vandalları onun məzarını dağıtmaqla yanaşı Dədə Şəmşirin və atası Ağdabanlı Şair Qurbanın külliyatını da yandırmışlar. Eyni zamanda o, əminliyini bildirib ki, möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində işğal olunmuş bütün torpalarımız kimi Dədə Şəmşirin yurdu Kəlbəcər, Ağdaban düşmən tapdağından azad ediləcək və Dədə Şəmşirin növbəti yubileyləri böyük sənətkarın doğma yurdunda qeyd olunacaq.
Tədbir daha sonra musiqi proqramı ilə davam etdirilib, kəlbəcərli aşıqlar görkəmli sənətkarın sözlərini saz havaları üstündə iştirakçılara çatıdırıblar.
Qeyd edək ki, “Dədə Şəmşir saz-söz bayramı” adlı tədbir hər il Dədə Şəmşirin doğum gününə uyğun olaraq martın 15-16 da ölkəmizin müxtəlif bölgələrində keçirləcəkdir.